Cavab: Yolka bəzəmək, nə İslama nə də Xristianlığa məxsus bir dini inanc və adət deyildir. Belə bir inancın mənbəri Skandinaviya bölgələrində yaşayan xalqların paqan dinlərinə məxsusdur. Onlar “Odin (indiki şaxta baba)” deyə birinin gəlib özlərinə hədiyyələr paylayacağına inanırdılar. Paqanlarda, şam ağacı həmişəyaşıl qalıb solmadığı üçün müqəddəs sayılan bir ağacdır. Bu səbəblə onu müxtəlif süslərlə bəzəyirlər.
Onların bu əməlləri digər xalqlara da keçmiş və xüsusi ilə yeni ildə bir adət-ənənə halını almışdır. Bir müsəlman onların bu əməllərinə, dinlərinə inanıb qəbul edərsə, imanı təhlükəyə düşər. Belə batıl şeylərə inanmadığınız təqdirdə, bir yolkanı bəzəməyin hər hansı bir günahı olmaz.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




