Cavab: Rəqaib, “Rəğbət edilən şey, bağış” mənalarına gəlir. Xalq arasında yayğınlaşan Rəqaib gecəsi, “Peyğəmbərin ana rəhminə düşdüyü gecə” olaraq qeyd edilir. Müsəlmanların peyğəmbər sevgisini istismar edib, nə bir dini mənbəyə əsaslanmayan, nə bir əxlaqa sığmayan bu kimi rəvayətlərlə xalqı savab, fəzilət adı altında məscidlərə toplamaq xalqı aldatmaqdan və yeni bir bidət işləməkdən başqa bir şey deyildir.
İslam alimləri bu cür gecələr barədə olan rəvayətlərin heç bir əsası olmadığını və başqa dinlərin, inançların təsirindən ortaya çıxdığını qeyd ediblər.[1]
Rəcəb ayında Rəqaib gecəsi və bunun kimi bir çox doğum günləri, Mirac qəndilləri peyğəmbər əleyhissəlamın vəfatından 300-400 il sonra Fatimilər dövründə ortaya atılıb və bunları tərtib edərək keçirənlərin çoxu da təriqət mənsubu olan süfilər və şiələrdir.
O cümlədən xalq arasında məşhur olan Rəqaib namazı rəvayəti, tarixi mənbələrdə qeyd edildiyinə görə, 1023-cü (hicri 414) ildə ölən Əli ibn Abdulla ibn Cəhdam adlı Məkkəli bir sufi tərəfindən ortaya atılıb. (İsmail ibn Ömər ibn Kəsir, Əl-bidayə vən-nihayə, Beyrut, XII cild, s. 16; Nəbi Bozkurt, adı çəkilən mənbə, s. 301.)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/11753.html
https://www.muselmanlar.com/fitvalar/6082.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Diyanət İşləri İslam Ansiklopediyası (DİA), “Rəqaib” maddəsi.




