Sual: Ata, evdə qalan qızına baxmağa məcburdurmu? Onu zorla işləməyə göndərə bilərmi?
Cavab: Əgər ata, evdə qalan qızına baxmağa maddi yöndən gücü çatırsa, baxması və ona köməklik göstərməsi lazımdır.
Eyni zamanda qızının çalışmasını istəməsi və qızının da bacardığı işdə canla-başla çalışması daha gözəldir. Çünki işləməyin və pul qazanmağın, qadınla kişi arasında hər hansı fərqi yoxdur. Ancaq çalışa bilməyənin zorla çalışdırılması da heç xoş bir şey deyildir. Hər kəs üzərinə düşən məsuliyyəti layiqi şəkildə yerinə gətirərsə, o evdə həmişə hüzur olar.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/13253.html
https://www.muselmanlar.com/fitvalar/4820.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




