Müsəlmanlar

Bürclərin insan üzərində təsiri varmı?

Sual: İslamda bürclərə inanmaq deyə bir şey varmı? Bürclərin insan həyatına təsiri varmı? Son zamanlarda dinda insanlar arasında belə bürclərə görə hərəkət edənlərin olduğunu görürük. Bu barədə bir izahat verə bilərsizmi?

Cavab: Bürclər, göy üzündən bizə müxtəlif formada görünən ulduz topalarıdır. Bunların bizim üzərimizdə təbii olaraq, Günəşin və Ayın təsiri qədər olmasa da müəyyən təsiri ola bilər. Bu təsir ümumidir. Yəni, kiminsə hansısa ayda və ya ildə doğulduğu üçün onun üzərində fərqli təsiri olur, xarakterində fərqlilik yaranır deyə inanmaq, bunlar tamamilə əsassız iddialardır.

Bu cür iddiaları irəli sürənlərin əksəriyyəti, insanların cəhalətindən faydalanaraq, bürclər vasitəsiylə güya onların gələcəyindən, başlarına gələcək hadisələrdən xəbər verməyə və nəticədə onları istismar etməyə çalışırlar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/14471.html

https://www.muselmanlar.com/fitvalar/2978.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13571.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.