Müsəlmanlar

Müsəlman biri; mollaya, falcıya ya da ekstrasensə gedib onların dediklərinə inanarmı?

Sual: Bəzi insanlar, eşq duası üçün işlərinin düz gətirməsi üçün uşağın olması, itənin tapılması, üstündəki cadunun tilsimin qalxması üçün hətta cin çıxarmaq, gələcəyi görmək üçün mollaya, falçıya, ekstrasensə gedirlər. Bütün bunların dinimizlə kitabımızla bir əlaqəsi varmı?

Cavab: Bütün bunların dinimizlə yox, cəhalətlə yaxından əlaqəsi vardır. Dini yöndən cahil və qafil insanlar, bunların qeyri-adi gücə, biliyə sahib olduqlarına inanırlar.  Allahın kitabından uzaqlaşan və onu başa düşərək oxumayan cəmiyyətlərdə bu cür xurafələr çox yayğındır. Haqqın hakim olmadığı yerlərdə batılın və buna bənzər mövhumatların olması qaçınılmazdır.

Ancaq bunu da unutmayaq ki; cəhalət, xurafat, batıl və şər sadəcə oxumaqla da ortadan qalxmaz. Hər oxuyan ziyalı olmaz. Oxumuş insanların çoxunun cəhaləti, şərri daha böyük olur. Belə ki, bir insan əldə etdiyi biliyi, təkcə xeyirə və lazım olan istiqamətlərə deyil, öz mənfəətlərinə və şərrə də yönləndirə bilir.

Bir də insanlar, səhv biliyə də yönləndirilə bilir. Əgər öyrəndiklərini öz fitrəti ilə və ya Allahın kitabıyla dəyərləndirməzsə, bu öyrəndiklərini mütləq doğru zənn etməyə başlayır və nəticədə həm özünə həm də başqalarına böyük zərər verə bilirlər. Bunun da ən təhlükəlisi dini və siyasi yöndən olanıdır. Müxtəlif ideologiyalar və məzhəblər də bu səbəbdən yaranıb. Bütün bunlar, insanı insana hətta heyvana, daşa belə qul edə bilir. Buna görə də insanlıq tarixi boyunca Uca Allah tərəfindən elçilər və kitabların göndərilmə məqsədi, insanları bir-birinə və başqa varlıqlara qul edən bu ideologiyalardan, məzhəblərdən və hər cür xurafatdan qurtarmağa, öz dəyərlərini qorumağa  yönəlik olmuşdur.

Molla, müəllim deməkdir. Cəmiyyətimizdə isə mollalıq, dini vəzifələri icra edən ayrı bir sinif olaraq görülür ki, bu böyük bir xətadır. Çünki Allahın dini, insan olan hər kəsə bu vəzifələri icra etməyi məqsəd bilir.

Falçılığa və ekstasensə gəlincə, bunlar qəsidli şəkildə dedikləri və etdikləri şeyin cəfəngiyat olduğunu özləri də bilərək, cahil insanlardan pul qoparmaq məqsədi ilə bu yola baş vurublar. Qısaca bunu qeyd edim ki biləsiz: “Bu dünya işləri kiminsə xətrinə yürümür!” Allahın elçisi belə, Quranda bizə bildirdildiyinə görə: “Mənə də sizə də nə olacağını bilmirəm! Mən yalnız mənə gələn vəhyə tabeyəm.” (Əhkaf 46/9).

Peyğəmbər əleyhissəlam: “Bir kimsə bir falçıya gedər və dediklərinə inanarsa, mənə nazil olanı (Quranı) inkar etmişdir.” (Buhari, Meğazi, 12)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13571.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.