Cavab: Aralarında nikah bağı olmayan naməhrəmlərin bağlı qapılar arxasında və ya heç kimin görmədiyi tənha bir yerdə görüşməsi doğru deyildir.
Yenidən evlənmək istəyən boşanmış qadın və kişilərlə də əlaqəli də Quranda eyni əmr vardır:
Bu (İddət gözləyən) qadınlara üstü qapalı evlilik təklifi etməyiniz və ya məqsədinizi könlünüzdə gizlətməyiniz günah deyil. Allah bilir ki, siz bunu irəlidə onlara izah edəcəksiniz. Bir-birinizə gizlində söz verməyin, amma mərufa uyğun bir söz deyə bilərsiz. Bu Kitabda müəyyən edilmiş olan vaxt axıra çatana qədər[1] aranızda evlilik əlaqəsi qurmaq qərarı verməyin. Bilin ki, Allah könülünüzdə olanı bilir. Elə isə diqqətli davranın. Bilin ki, Allah çox bağışlayandır, həlimdir.” (Bəqərə 2/235).
Peyğəmbər əleyhissəlamın da buyurduğu kimi: “(Naməhrəm) kişi və qadın baş-başa qalırsa, üçüncüsü şeytan olur.” ( Buxari, Nikah 111, Cihad 140; Müslim, Həcc 424.)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/6452.html
https://www.muselmanlar.com/fitvalar/6510.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Gözləmə müddəti, əri ölmüş qadın üçün 4 ay on gün, boşanmış qadınlardan adət görənlər üçün üç təmizlik müddəti, adətdən kəsilmiş olanlar üçün üç ay, hamilələr üçün doğuma qədər olan müddətdir.




