Müsəlmanlar

Dinimizə görə evlilikdə yaş fərqinin bir əhəmiyyəti varmı?

Sual: Bir oğlanın qızdan ya da bir qızın oğlandan yaşça çox böyük olmasının bir eyibi varmı? 20 yaşındakı bir qızın 40-50 yaşındakı bir kişi ilə evlənməsi və ya bunun tərsi olan xüsuslar çox tənqid edilməkdədir. Sizin bu barədəki fikriniz nədir?

Cavab: Belə şeylərin qərarını biz vermədiyimiz kimi, qaydasını da biz qoymuruq. Çünki Quran, belə şeylərin qərarını evlənəcək şəxslərin özlərinə buraxır. Bununla bərabər; evlənəcək şəxsin büluğa çatması yəni fiziki yöndən yetkinliyi həm də rüşdü yəni əqli cəhətdən yetkinliyə çatması əsas alınır.[1] Əgər həm qız həm də oğlan bu xüsusiyyətlərə sahib olarsa, artıq onların kiminlə, hansı yaşda biri ilə evlənəcəyinə özləri qərar verirlər. Heç kim onların bu qərarlarına müdaxilə edə bilməz. Ancaq, tövsiyə verə bilərlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6699.html

https://www.muselmanlar.com/tedqiqatlar/6127.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7277.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisə 6.