Müsəlmanlar

Aişə anamız Peyğəmbərlə neçə yaşında evlənmişdir?

Cavab: Uca Allah kitabında:

وَابْتَلُوا الْيَتَامٰى حَتّٰٓى اِذَا بَلَغُوا النِّكَاحَۚ فَاِنْ اٰنَسْتُمْ مِنْهُمْ رُشْداً فَادْفَعُٓوا اِلَيْهِمْ اَمْوَالَهُمْۚ وَلَا تَأْكُلُوهَٓا اِسْرَافاً وَبِدَاراً اَنْ يَكْـبَرُواۜ وَمَنْ كَانَ غَنِياًّ فَلْيَسْتَعْفِفْۚ وَمَنْ كَانَ فَق۪يراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِۜ فَاِذَا دَفَعْتُمْ اِلَيْهِمْ اَمْوَالَهُمْ فَاَشْهِدُوا عَلَيْهِمْۜ وَكَفٰى بِاللّٰهِ حَس۪يباً

“Yetimləri nikah çağına (yetkinlik çağına) çatana qədər imtahana çəkin. Əgər onların rüşdə (əqli-kamala) yetdiyini görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan) insafla yesin. Mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.” (Nisə, 6)

Ayədə bir nikah çağından və bir də rüşddən bəhs edər. Bir gənc, bu cür keyfiyyətlərə sahib olmadan ona nə mal verilməz nə də evləndirilməz. Məzhəblər, yəni ənənə dininin mənsubları kitablarında belə bir evlilik çağından bəhs etməzlər.

Ənənə dininin mənsubları, Quranda belə bir ayə olduğu halda peyğəmbərimizin (ə.s.) Aişə anamızla uşaq yaşda (9-12) evləndiyinə dair rəvayətlər nəql edərlər. Bu açıq-aşkar həm peyğəmbərə həm də Aişə anamıza bir iftiradır. Belə bir şeyi iddia etmək, peyğəmbərin (ə.s.) Qurana zidd davrandığını iddia etmək deməkdir.

Muhəmməd əleyhissəlam 25 yaşında ikən evləndiyi ilk qadın Xədicə anamızdır. Xədicə anamız, 40 yaşında dul bir qadın idi. Ən son evləndikləri arasında ən kiçiyi 17-18 yaşında olan Aişə anamızdır. Bu haqda ətraflı məlumatı saytımızın aşağıdakı linkindən ala bilərsiz:

https://www.muselmanlar.com/tedqiqatlar/6127.html

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.