Müsəlman cəhənnəmə gedərmi?
Müsəlmanlar > Düşüncə sahəsi > Tədqiqatlar Tarix: 26 Nisan 2014 Tövsiyə et Çap et
Sual: Məryəm surəsinin 71 və 72-ci ayələrində belə deyilir: وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّاثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا “Sizdən oraya (cəhənnəmə) getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.” Bu ayələri necə başa düşməliyik; Müsəlmanlar cəhənnəmə girib çıxacaqlarmı?

Cavab: Məryəm surəsinin bu ayələri, günahı savabından çox olan müsəlmanların cəhənnəmdə cəzalarını çəkdikdən sonra çıxacaqlarını bildirməkdədir. Məsələni düzgün başa düşmək üçün ayələrin əvvəlini və sonrasını bölümlər halında verməliyik:

1-Yoldan çıxan nəsillər

Allah Təala, nəbilərini göndərib haqqı təbliğ etdilər. İnsanların çoxu onların xəbərdarlığına qulaq asmadılar. Bu haqda ayədə: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) ilə qarşılaşacaqlar.” (Məryəm 19/59.)

2-Ğayy (غَيّ)günahı və ğayy cəzası

Ğayy (غَيّ) cəzası, ğayy günahını işləyənlər üçündür. Ğayy غَيّ : الضلال والخيبة = “səhv yola girmək”“istəyinə qovuşa bilməmək” mənasına gəlir. Günah işləyən hər kəs günahkar olduğunu bilir. Amma onun özünə görə haqlı səbəbi və o günahı işləməklə çatmaq istədiyi bir hədəfi olur. Ancaq o yol, özünü istədiyi hədəfə deyil cəhənnəmə götürür.

Ğayy günahını ilk törədənlər Adəm və İblisdir. Adəm əleyhissəlam, dünyada ölümsüz olma və yox olmayacaq bir səltənətə qovuşmaq ümidiylə İblisin göstərdiyi səhv yola girmiş, ancaq umduğuna qovuşmaq bir yana əlindəkini də itirmişdir.

Allah onu zövcəsi ilə bərabər bir bağa yerləşdirəndə belə demişdi:

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə yerləşin. Bəyəndiyiniz yerlərdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”. (Əraf 7/19)

İblisi göstətərək də belə bir xəbərdarlıq edir:

“Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.” (Tə-ha 20/117)

Bir müddət sonra İblis Adəmə belə fısıldamışdı:

Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (Tə-ha 20/120)

Bu cəzbedici təklif onu səhv yola götürmüşdü:

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى

“İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub ğayyı işləmiş oldu.” (Tə-ha 20/121)

İblis də ğayy günahını işləmişdi. Allah, İblisə; “səcdə et”– əmrini verincə, İblis başında planladığı bir səbəbə əsaslanaraq səcdə etməmişdi. “Mən atəşdən, Adəm palçıqdan yaradılmışdır. Atəş palçıqdan xeyirli olduğu üçün mən də Adəmdən xeyirliyəm”- demişdi. Bu hadisədə də özünü deyil, Allahı təqsirkar görmüş və Ona belə demişdi:

فَبِمَا أَغْوَيْتَنِي لأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ

“Madəm ki, məni ğayya (səhv yola) yönəltdin, mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam.” (Əraf 7/16)

İblis, Allahın əmrinə itaət etməməyi günah saymadığı üçün kafir olmuşdu. Ancaq Adəm öz günahını başa düşmüş, tövbə edərək o səhv yoldan dönmüşdü. Deməli, eyni günahı törədən iki nəfərdən özünü günahkar sayan mömin qalır, günahkar saymayan da İblis kimi kafir olur.

3- Namazı tərk edib şəhvətə uyanlar və kafirlər

Məryəm surəsinin 59-cu ayəsində ğayy günahını işləyənlər yəni namazı tərk edən, şəhvətlərinə uyan və kafir olanlardan tövbə edib özünü islah edənlərə bu nimətlər veriləcəkdir:

“(Ğay günahını işləyənlərdən) hansıları inanaraq tövbə edib və yaxşı iş görmüş olsalar, onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlardır.” (Məryəm 19/59)

Ğayy günahını işlədikdən sonra tövbə etmədiyi üçün ğayy cəzasına məruz qalacaq olanlar haqqında isə belə buyurulur:

وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا.  أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا .  فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا  . ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا .  ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا

“(Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” – deyə soruşur. Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, Biz onları (ğayy günahı işləyənləri) şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik. Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.” (Məryəm 19/66-70)

4-Varid= وَارِد kəliməsi

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

“Sizdən oraya (cəhənnəmə) getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır.” (Məryəm 19/71)

Varid= وَارِد kəliməsi cəhənnəm ilə birlikdə işlədiləndə suya gedən kimi cəhənnəmə getməyi ifadə edər. Məhşərdəki hesabda susayanlar oradan çıxarılarkən su içmə ümidilə cəhənnəmə yönələcəklər. Allah Təala belə buyurmuşdur:

يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ

“(Firon) Qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!” (Hud 11/98)

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُون

“Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz.” (Ənbiya 21/98)

5-Müttəqilər

Məryəm 72-ci ayədə “ثُمَّ نُنَجِّي ” “özlərini qoruyanlar” müttəqilərdir. Müttəqi, təqva sahibi deməkdir. Təqva, viqayə (الوقاية) kökündəndir. Viqayə, bir şeyi sıxıntı və zərərə qarşı qorumaq, təqva isə özünü qorxduğu şeydən qorumaqdır. Şirkdən qorunan , əbədi cəhənnəmdən qorunur. Böyük günahlardan qorunan, cəhənnəmə girməkdən qorunur. Digər günahlardan qorunan da cənnətin üca məqamlarını əldə edər.

Bu ayədə təqva, küfür ilə imanı ayıran şey olaraq göstərilmişdir:

زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.” (Bəqərə 2/212)

Allahın qoyduğu qanun, günahı savabından çox olanların cəhənnəmə girməsini tələb edir. Allah Təala belə deyir:

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ . وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُم بِمَا كَانُواْ بِآيَاتِنَا يِظْلِمُونَ

“O gün (əməllərin tərəzidə ) çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – nicat tapanlardır.Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.” (Əraf 7/8-9)

Məryəm surəsinin 72-ci ayəsində cəhənnəmə girib çıxacaq olan müttəqilər, aşağıda verdiyimiz ayələrdəki günahkarlardır.

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا . لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا

“Günahkarları, cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik. Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaətə nail  olmazlar.” (Məryəm 19/86-87)

Rəhmandan söz almış olanlar, özlərini şirkdən qoruyanlardır. Çünki Allah Təala belə buyurmuşdur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (Nisə 4/48,116)

Nəticə olaraq, müşrik olmayan və günahı savabından çox olan hər kəs cəhənnəmə girəcəkdir. Cəzasını çəkdikdən sonra cənnətdəki qohumlarının yanına yerləşəcəkdir. Elə şəfaət də budur.

6-Şəfaətdən faydalanacaq olanlar

Məryəm 71-ci ayəni təkrar oxuyaq:

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

“Sizdən (ğayy günahı işləyənlərinizdən) oraya getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır.” (Məryəm 19/71)

Məsələn, Ğay günahını işləyənlər; “…Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar cəhənnəmdəki “Ğayya vadisinə” uğrayacaqlar.” (Məryəm 19/58-59)

Şirkə düşməmiş olanlar isə, cəzalarını çəkdikdən sonra oradan xilas olacaqlar.

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا

“Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm 19/72)

Cəhənnəmə gedən möminlərin, cəzalarını çəkdikdən sonra cənnətdəki qohumlarının yanına yerləşdirilmələri ilə əlaqədar ayələr bunlardır:

“İnanları və  onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.” (Tur 52/21)

“Əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər): “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad 13/23-24)

Məhşərdə, yəni hesab vermə yerində şəfaət olmayacaqdır. Allah Təala belə buyurur:

“O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!” (İnfitar 82/19)

“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! “Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.” (Nəcm 53/31-32)

“O gün (əməllərin tərəzidə )çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər  nicat tapanlardır.” “Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.” (Əraf 7/9-10)

“Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.” (Nisə 4/93)

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidirMüsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.212 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.273 dəfə oxundu
2 Etikaf 23.06.09 5.207 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.745 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.674 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.047 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.876 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.636 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.642 dəfə oxundu
9 Donuz dərisi 02.11.09 3.276 dəfə oxundu
10 Talaq: kişinin boşamaq hüququ 18.07.10 8.056 dəfə oxundu
11 İslamda falçılığa münasibət 27.11.10 7.934 dəfə oxundu
12 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.170 dəfə oxundu
13 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.211 dəfə oxundu
14 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 343 dəfə oxundu
15 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.121 dəfə oxundu
16 Heyzli qadının ibadəti 24.02.10 49.456 dəfə oxundu
17 Oruc və orucun başlanğıcı 27.08.10 9.885 dəfə oxundu
18 Şəfaət inancı 08.02.11 2.951 dəfə oxundu
19 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.857 dəfə oxundu
20 Uşaqların evləndirilməsi 26.01.15 3.135 dəfə oxundu
21 Quranda Hicab/Başörtüsü. 24.09.18 651 dəfə oxundu
22 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.293 dəfə oxundu
23 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.465 dəfə oxundu
24 Zikrin fəzilət və faydaları 26.11.10 5.057 dəfə oxundu
25 Kəramət nə deməkdir? 15.02.11 3.942 dəfə oxundu
26 Qadınların sünnəti 15.07.12 13.614 dəfə oxundu
27 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.122 dəfə oxundu
28 Xums nədir? 11.01.19 370 dəfə oxundu
29 Qadınların şahidliyi 14.05.09 2.977 dəfə oxundu
30 Quran və müsəlmanlar 29.01.10 4.630 dəfə oxundu
31 Dua 25.11.10 7.114 dəfə oxundu
32 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.942 dəfə oxundu
33 Əsl kafir kimdir? 21.07.12 9.162 dəfə oxundu
34 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.142 dəfə oxundu
35 Коран и культурное развитие. 30.01.19 230 dəfə oxundu
36 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.896 dəfə oxundu
37 Dəlillərlə Cümə namazı 12.02.10 6.398 dəfə oxundu
38 Donuz əti və ziyanları 08.12.10 5.840 dəfə oxundu
39 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.510 dəfə oxundu
40 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.460 dəfə oxundu
41 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.632 dəfə oxundu
42 Oruc Kəffarəsi 24.05.19 227 dəfə oxundu
43 Hicabı qadağan edənlər 14.05.09 3.436 dəfə oxundu
44 İnsan cəsədi və avtopsiya 05.02.10 3.561 dəfə oxundu
45 Şirk və küfr 14.07.11 3.631 dəfə oxundu
46 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.212 dəfə oxundu
47 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.202 dəfə oxundu
48 Nişanlıların kəbini 14.05.09 11.933 dəfə oxundu
49 Qadınlar və Cümə namazı 26.03.10 6.966 dəfə oxundu
50 Quranda əşyaların dili 04.07.11 14.215 dəfə oxundu
51 Mutəvatir hədis 28.09.12 1.944 dəfə oxundu
52 Vəsilə nədir? 27.05.16 2.238 dəfə oxundu
53 Münafiqlərin korluğu 10.04.10 1.992 dəfə oxundu
54 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.215 dəfə oxundu
55 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.640 dəfə oxundu
56 Hikmət 09.01.16 4.647 dəfə oxundu
57 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.103 dəfə oxundu
58 Nikaha nəzarət 14.05.09 6.655 dəfə oxundu
59 Ölüdən kömək gözləmək 28.03.10 3.831 dəfə oxundu
60 Quranı öyrənmənin üsulu 16.12.15 4.619 dəfə oxundu
61 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.057 dəfə oxundu
62 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.079 dəfə oxundu
63 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.513 dəfə oxundu
64 Faiz 29.03.10 4.591 dəfə oxundu
65 QÜTBÜ ƏZƏM 24.03.14 2.456 dəfə oxundu
66 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.643 dəfə oxundu
67 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.175 dəfə oxundu
68 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.423 dəfə oxundu
69 Namazları cəm etmək 08.04.10 7.077 dəfə oxundu
70 Seyyidlər kimlərdir? 16.10.11 8.449 dəfə oxundu
71 Qəza-qədər məsələsi 24.02.13 4.093 dəfə oxundu
72 Qadınların döyülməsi 29.03.17 1.659 dəfə oxundu
73 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.691 dəfə oxundu
74 Vərdişlər 10.04.10 2.641 dəfə oxundu
75 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.909 dəfə oxundu
76 Mütə nikahı (siğə) 07.03.13 8.883 dəfə oxundu
77 Tağut 28.04.17 3.880 dəfə oxundu
78 İnsan peyğəmbər 06.07.09 3.759 dəfə oxundu
79 Allah, insan və xələf-sələf 12.04.10 2.794 dəfə oxundu
80 Kişinin seksuallığı 09.01.12 16.569 dəfə oxundu
81 Vəhy 12.04.13 1.815 dəfə oxundu
82 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 772 dəfə oxundu
83 Təsbeh 06.07.09 3.685 dəfə oxundu
84 Nəsx və daşqalaq cəzası 27.05.10 4.672 dəfə oxundu
85 Fitr sədəqəsi 20.06.09 3.683 dəfə oxundu
86 İsra və Merac 02.04.16 1.210 dəfə oxundu
87 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.395 dəfə oxundu
88 Hamının bildiyi Namaz. 26.01.18 864 dəfə oxundu
89 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.375 dəfə oxundu
90 Qəndil 30.06.09 8.053 dəfə oxundu
91 Şəfaət 08.04.10 3.204 dəfə oxundu
92 Surroqat analıq 03.02.12 4.841 dəfə oxundu
93 Təvəssül 10.06.13 3.151 dəfə oxundu
94 “Ən zəif ev” 09.03.18 366 dəfə oxundu
95 Ailənin adından bir qurban 26.02.10 3.696 dəfə oxundu
96 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.299 dəfə oxundu
97 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.577 dəfə oxundu
98 Piramida və şəbəkə marketinqi 24.02.12 2.616 dəfə oxundu
99 İslamda geyim ədəbi 05.06.13 3.414 dəfə oxundu
100 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 620 dəfə oxundu