Qadınların sünnəti
Müsəlmanlar > Tədqiqatlar Tarix: 15 Temmuz 2012 Tövsiyə et Çap et

QIZ-QADIN SÜNNƏTİ

Qız sünnəti ilə əlaqədar bir Quran hökmü yoxdur. Həmçinin bu məsələdə müsəlmanlara öhdəlik yükləyən mötəbər bir hədis də yoxdur. Bununla belə, peyğəmbərimizə (əs) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir iş görülüb. Biz bu səbəblərə görə qız sünnəti məsələsinə necə deyərlər, Qərb dünyasından gələn mədəniyyət terrorunun təsiri ilə radikal formada yanaşmağı, o cümlədən, onu rədd etməyi münasib bilmirik. Ancaq məsləhət görülmədən təsdiq olunmağındakı qadın seksuallığına hörmət tərəfini müsbət qarşılayırıq.

a) Qız-qadın sünnətinin tarixi keçmişi

Tarixi məlumatlara əsasən çox qədim dövrlərdən etibarən müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə də davam etdirilən qız sünnəti ənənəsi həzrəti peyğəmbərin (əs) dövründə Məkkədə, xüsusilə də Mədinədə həyata keçirilirdi. Belə ki, Məkkə şəhərində Ümmü Həbibə1 , Mədinədə isə Ümmü Ətiyyə adlı qadınlar qız sünnətçisi kimi tanınırdılar.

Peyğəmbərimizin (əs) “Qadın və kişidə sünnət olunan hissələr bir-birinə toxunduğu vaxt qüsl vermək vacibdir” hədisindəki kişi və qadın cinsiyyət üzvləri haqqında sünnət olunan üzvlər mənası verən əl-xitan sözü işlədilib. Bu da göstərir ki, müsəlmanlıq dövründə də qız sünnəti məlum idi, həyata keçirilirdi.2

Bu, ümumi bir məsələ idi, yoxsa bəzi ailələr tərəfindən tətbiq olunurdu? Bunu dəqiq bilmirik. Bununla belə, müsəlman kişilərə əmr olunduğu halda qadınlara əmr olunmaması, habelə, həzrəti peyğəmbərin (əs) və məşhur əshabələrin uşaqlarının sünnət olunduğuna dair mötəbər rəvayətlərin olmamağı onun o dövrdə arabir tətbiq olunduğunu göstərir. Bəzi alimlər hesab edirlər ki, sünnət əməliyyatını lazım bilən artıqlıq şərqli qadınlarda müşahidə olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir.

Qız-qadın sünnətinin məqsədi

Bəzi Ərəb qəbilələri cinsiyyətləri və təcavüzə məruz qalan seksuallıqları səbəblərindən qız uşaqlarını diri-diri torpağa basdırıblar. Bunu nəzərə alaraq demək olar ki, qız sünnəti onların seksuallıqlarını inkişaf etdirmək məqsədilə tətbiq olunduğu kimi, bunun səviyyəsini azaltmaq məqsədilə də həyata keçirilib.3 Peyğəmbərimizə (əs) aid olunan hədislər də hər iki məqsədin mümkün olduğuna işarə vurur.

b) Qız sünnətinin mahiyyəti

Qız sünnəti qadının seksual həzz mərkəzi olan və qadında kişi cinsiyyət üzvünün müqabili kimi qəbul edilən klitor üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa sözlə, “klitoru halqa kimi əhatə edən, qaplayan, bəzən bir qalpaq-kisə kimi örtən dərinin aradan qaldırılması əməliyyatıdır.”4

Bizim dövrümüzdə olduğu kimi, elmi cəhətdən qeyd edilən formada izah edilə bilməsə də, belə bir şey var idi və seksual ləzzət mərkəzi olmağı məlum idi. Qız sünnəti məhz buna görə klitora tətbiq olunurdu. Məlum idi ki, birbaşa klitora müdaxilə etmək və ya onu kəsib atmaq cinsi şikəstliyə gətirib çıxardır. Bu da bilinirdi: Sünnət əməliyyatını onu əhatə edən dəriyə tətbiq etmək isə qadını seksual cəhətdən doyuma çatmağına xidmət edir. Bu səbəbdən də lazımi qədər həssas hərəkət olunurdu.

c) Məsələnin dini cəhətdən əhəmiyyət və hökmü

Qız sünnəti ilə əlaqədar olaraq Muhəmməd peyğəmbərə (əs) aid edilən hədislərdə bu əməliyyatın seksuallığı inkişaf etdirən cəhətinə işarə vurulur:

“Kişilər üçün sünnət olmaq peyğəmbərlərin yolundan getmək deməkdir. Qadınlar üçün də bir dəyərdir.5

Peyğəmbərimizə (əs) aid olduğunu inkar edən fikirlərin əksinə, onun tərəfindən deyildiyini qəbul edə biləcəyimiz bu hədis sünnətin qadınlar üçün vacib bir əməliyyat olduğunu bildirmir; müxtəlif mədəniyyətləri sintez edən İslamaqədərki cəmiyyətdə tətbiq olunan və lazımi formada yerinə yetirildiyi vaxt bir problemə səbəb olmamağı bir tərəfə, seksuallığı inkişaf etdirən bu əməliyyatı tətbiq oluna bilən bir gözəllik kimi təsdiq edir.

Bununla belə, Şafei məzhəbinə mənsub olan alimlər belə hesab edirlər ki, sünnət olmaq kişilərə olduğu kimi, qadınlara da vacibdir.6 Güman ki, qız sünnəti İslamı deyil, təkcə onu dilə gətirənləri maraqlandıran (yəni, onlar üçün qüvvədə olan) bu fikrə görə Şafei məzhəbinin yayıldığı Misir və Sudan kimi müsəlman ölkələrində özünə yer tuta bilir. Onu İslam dini tərəfindən vacib bilinməyən, yerinə yetirilməsi sadəcə olaraq adət-ənənə baxımından mümkün bir iş hesab edən Hənəfi məzhəbinin hakim olduğu Türkiyə kimi ölkələrdə isə qız sünnətinə maraq omayıb. Bununla belə, bir çatışmazlıq kimi də qiymətləndirilməyib.

d) Qız sünnətinin seksual cəhətdən əhəmiyyəti

Bu məsələnin əsas mövzumuz olan seks baxımından əhəmiyyəti budur ki, qız sünnətinin məsləhət bilinməyindəki məqsəd seksual həzzalmanı korlamaq deyil, inkişaf etdirməkdir. Çünki oğlan uşaqlarının sünnət etdirilməsi ilə əlaqədar həvəsləndirici hədislərdə məqsəd göstərilmədiyi halda, qız uşaqlarının sünnət etdirilməyi ilə bağlı hədislərdə (yaxud da hədis olduğu irəli sürülən sözlərdə) seksual məqsəd açıq surətdə bildirilib.

Bir hədisdə qeyd edilir ki, Allahın elçisi qız sünnətçisi kimi tanınan Ümmü Ətiyyə adlı qadına belə bir tapşırıq verib:7

لاَ تُنْهِكِى، فَاِن ذَلِكَ اَحْظَى لِلْمَرْأةِ وَأَحَبُّ لِلْبَعْلِ

(Qızları sünnət etdikdə) toxunmaqla kifayətlən (klitora və ondakı sinirlərə toxunma; bu işi onu əhatə edən hissədə gör). Belə etmək qadına daha çox ləzzət verir, ərini də daha çox xoşbəxt edir.8

Məlum olduğu kimi, əsas məqsəd ər-arvadın xoşbəxtliyidir. Bu rəvayətdən belə başa düşülür ki, Qərb dünyasında, eləcə də, yerli kütləvi informasiya vasitələrində qadının intim dünyasını məhv edən bir vəhşət əməliyyatı kimi təqdim olunan qız sünnəti əslində seksual həzz hissini inkişaf etdirmək məqsədilə məsləhət görülür. Əgər qız sünnəti seksual həzzalmanı azaltmaq məqsədi ilə klitoru kəsib atmaqla – Firon sünnəti formasında tətbiq edilirsə, yaxud da bu əməliyyat primitiv üsulla və bacarıqsız şəxslər tərəfindən aparıldığı üçün belə bir mənfi nəticəyə səbəb olursa, onu tətbiq etməmək lazımdır. Çünki qadının seksuallığına mənfi təsir göstərmək zülmdür. Zülm isə bütün növləri ilə haramdır.

e) Qadınlarda sünnətəoxşar əməliyyat

Klitor və onu əhatə edən dərinin quruluşu hər bir qadında anadangəlmə müxtəlif ölçülərdə olur. Bu da bəzi qadınlarda zahiri bir eybəcərlik və orqazm probleminə səbəb olur. Buna görə də estetik-plastik cərrah-ginekoloqlara müraciət olunur.

[“Bəzi həkimlər onlara xüsusilə orqazma çata bilməmək şikayəti ilə müraciət edən qadınlara klitoru kənardan əhatə edən dərinin qısaldılması, yəni, “klitorun soyulması” əməliyyatını tövsiyə edirlər. Buradakı məqsəd klitorun cinsi əlaqə vaxtı kişi cinsiyyət üzvü ilə birbaşa təmasını təmin etməkdir. Bu kimi əməliyyatlar kişi sünnətindən fərqli deyil.”]

Mütəxəssislər tərəfindən bəzi qız uşaqları üçün lazımlı hesab olunan qız sünnətinin faydalı olduğunu oxşar əməliyyatların klitoropeksi adı ilə müasir tibbin apardığı əməliyyatların arasına daxil olması da təsdiq edir:

Klitoropeksi (clitoropexy): Klitorun üstündəki dəri onu gizlətdiyinə görə şəhvani cəhətdən oyana bilməməklə əlaqəli orqazm problemi olan qadınlarda həmin dəri əməliyyatla götürülür. Beləcə, klitor üzə çıxardılır və qadının problemi aradan qalxır.9

Təhlil

a) Mülayim iqlimi olan Mədinədə qız uşaqlarının bəziləri olsa da, Allahın elçisinin (əs) məlumatı daxilində sünnət edilib.

b) Allahın elçisi (əs) adət-ənənə çərçivəsində və bunun məqsədinin qadının seksual doyuma çatması olduğunu qeyd edərək qız uşaqlarının sünnət olunmağını məsləhət bilən ifadələr işlədib.

c) İndiki dövrdə dünyəvi ölkələrin qadınlarında belə, hər cür əyani seksual təhriklə üzləşməklərinə baxmayaraq seksual doyumsuzluq nisbəti yüksəkdir.

Bütün bunlar bu məsələ üzərində təzədən düşünməyi və tədqiqat aparmağı vacib hala gətirir. Həmçinin bəzi klitorlarda seksual doyuma maneçilik törədən artıqlığın olduğu məlumdur və sünnət əməliyyatının zəruriliyi qəbul edilir. Bunun üçün də estetik-plastik cərrah-ginekoloqlara müraciət olunur.

Bəli, Misir və Səudiyyə Ərəbistanı kimi xalqı müsəlman olan ölkələrdəki qız sünnəti məsələsi cinsi həyat çərçivəsində təzədən nəzərdən keçirilməli, lazımi müqayisəli tədqiqatlar aparılmalı və bu məsələ olmalı olduğu müsbət hala gətirilməlidir.

Burada bir məsələyə də toxunmaq istəyir və bunu faydalı hesab edirik: Belə ki, kişilərə tətbiq olunan sünnətin böyük faydaları sübuta yetirilib. Buna baxmayaraq bu sahədə lazımi təşəbbüsləri göstərməyən, göstərə bilməyən və elmi sübutlardan çox qınayıcı ideoloji yanaşmaları birinci plana çıxardan qeyri-müsəlman tibb mütəxəssislərinin fikirlərini elmi məlumat kimi qiymətləndirmək olmaz. Elə isə müsəlman elm xadimləri bu məsələ ilə mütləq maraqlanmalıdırlar.

Gəlin, seksual cəhətdən xoşbəxtlik üçün lazımi öhdəliklərdən biri olan qız sünnəti  mövzusunu bir hədis rəvayəti ilə başa vuraq:

Ümmü-l-Mühacir adlı möminə xanım belə nəql edir:

Mən Rum məmləkətindən əsir götürülən kənizlərin arasında idim. Həzrəti Osman bizə müsəlmanlığı başa saldı. Məndən və bir nəfər kənizdən başqa müsəlmanlığı qəbul edən olmadı. Həzrəti Osman bizim haqqımızda belə dedi:

Bunları aparıb sünnət etdirin və çimizdirin.10

Mövzunu başa vurarkən…

Qadında ən güclü həzzalma bölgəsi olub əsas funksiyası orqazma çatmağı təmin etmək olan klitorun yaradılması  göstərir ki, Rəbbimizin məqsədi qadının öz seksuallığını ən yüksək səviyyədə yaşamağıdır.

Bu ilahi məqsəd ortada ola-ola qız sünnəti tətbiq olunma forması ilə qadının seksuallığının əleyhinə nəticə verirsə, əlbəttə ki, zülmdür. Zülm olduğuna görə də haramdır. Lakin onun 14 əsrdən bəri İslam mədəniyyəti hövzəsində (ilahi iradə çərçivəsində) qadının seksual xoşbəxtliyini təmin etmək məqsədi güdən bir prinsipə əsaslandırılması qadınlıq üçün təqdirəlayiq bir haldır.

MƏNBƏ: Əli Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Beyhəqi Şuabu-l-iman adlı əsərində belə rəvayət edir:

    Ümmü Həbibə Mədinəyə hicrət edən Məkkəli mühacir qadınlardan biri idi. Qızları sünnət etməklə məşğul olurdu. Həzrəti peyğəmbər hicrətdən sonra ona baş çəkdikdə belə bir sual soruşdu:

    – Sən qız sünnəti işinə davam etmək istəyirsən?

    Ümmü Həbibə bu suala sualla cavab verdi:

    – Ya rəsulallah! Məgər bu iş haram olundu? Sən bunu bizə qadağan edirsən?

    Həzrəti peyğəmbər ona: “Xeyr, xeyr! Sünnət işi halaldır”, – dedi. []

  2. Buxari, Qüsl, 28. []
  3. İbn Kəsir, Təkvir surəsinin təfsiri, 8-9-cu ayələr. []
  4. Klitor: “Klitorun həcmi qadından qadına fərqli olur. Baş və gövdəsinin ümumi uzunluğu orta hesabla 3 santimetr olmaqla yanaşı, 7 santimetrə qədər çata bilir.  Klitorun baş hissəsinin həcmi də xeyli dərəcədə qeyri-sabitdir və 3-8 millimetr arasında olur. Təqribən 8000 sinir lifi olan bir quruluşa malikdir.”

    Qeyd: Klitor və aşağıda qeyd olunan klitoropeksi (ing. Clitoropexy; bir növ cinsiyyət dodaqlarının korreksiyası) ilə əlaqədar məlumatlar doktorsitesi.com saytından götürülmüşdür. Əlavə olaraq baxın: Fritz Kahn, Tənasül həyatımız, İstanbul, 1971-ci il, s. 29. []

  5. Əbu Davud, Ədəb, 167; əs-Sünənu-l-kübra, 8/325. Qız sünnəti ilə əlaqədar hədis rəvayətləri bizim təsbitlərimizə əsasən Kütubi-sittədə təkcə bu mənbədə qeyd olunub. []
  6. Avnu-l-məbud şərhu sünəni Əbu Davud, 14/185. []
  7. Bu sözün Allahın elçisi (əs) tərəfindən deyilib deyilməməsi məsələsi mübahisəlidir. Daha doğrusu, bu məsələdə həmrəylik yoxdur. Bəzi şəxslər belə hesab edirlər ki, bu söz peyğəmbər tərəfindən deyilib. []
  8. Əbu Davud, Ədəb: babu ma caə fi-l-xitan (Avnu-l-məbud, 14/184). []
  9. Aşağıdakı izah mətni “doktorsitesi.com” adlı internet saytından iqtibas edilmişdir:

    “Hamımızın bildiyi kimi, seksual oyanmada klitorG nöqtəsi bir növ açar rolunu oynayır. Klitor kişi cinsiyyət üzvünün baş hissəsinin qadındakı ekvivalentidir və EROGEN dediyimiz seksual oyanma vaxtı qanlanma (ona daxil olan qan) səviyyəsi artaraq həcm baxımından böyüyən bir quruluşa malikdir. Bəzi hallarda klitorun üstündəki dəri qatlantısı çox olur və bu, klitorun böyük görünməyinə, habelə, formasının pozulmağına gətirib çıxardır. Bununla yanaşı, həmin qatlantı klitorun oyandırılmağına və orqazma da maneçilik törədir. Bu kimi problemlərlə üzləşən qadınlarda klitorun üstündəki dəri qatlantısını estetik cərrahiyə metodları ilə götürmək mümkündür. Biz bununla klitoru kiçildirik. Bununla da həm estetik görünüşü düzəldir, həm də klitorun daha çox oyandırıla bilməyini mümkün hala gətiririk. Bu əməliyyata CLITOROPEXY deyilir. Bu əməliyyatla həm seksual oyanma qüsuru olan qadınlarda, həm də klitorunda estetik baxımdan problem olan qadınlarda çox yaxşı nəticələr əldə etmək mümkündür.” []

  10. Avnu-l-məbud, 14/184. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
13.268 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.118 dəfə oxundu
2 Etikaf 23.06.09 4.926 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.247 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.588 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.890 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.706 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.507 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.441 dəfə oxundu
9 Təsbeh 06.07.09 3.617 dəfə oxundu
10 Nəsx və daşqalaq cəzası 27.05.10 4.469 dəfə oxundu
11 Fitr sədəqəsi 20.06.09 3.652 dəfə oxundu
12 İsra və Merac 02.04.16 1.154 dəfə oxundu
13 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.343 dəfə oxundu
14 Hamının bildiyi Namaz. 26.01.18 513 dəfə oxundu
15 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.332 dəfə oxundu
16 Qəndil 30.06.09 7.700 dəfə oxundu
17 Şəfaət 08.04.10 3.119 dəfə oxundu
18 Surroqat analıq 03.02.12 4.735 dəfə oxundu
19 Təvəssül 10.06.13 3.039 dəfə oxundu
20 “Ən zəif ev” 09.03.18 278 dəfə oxundu
21 Ailənin adından bir qurban 26.02.10 3.607 dəfə oxundu
22 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.734 dəfə oxundu
23 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.511 dəfə oxundu
24 Piramida və şəbəkə marketinqi 24.02.12 2.504 dəfə oxundu
25 İslamda geyim ədəbi 05.06.13 3.285 dəfə oxundu
26 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 377 dəfə oxundu
27 Donuz dərisi 02.11.09 3.205 dəfə oxundu
28 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.552 dəfə oxundu
29 İslamda falçılığa münasibət 27.11.10 7.651 dəfə oxundu
30 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.963 dəfə oxundu
31 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.191 dəfə oxundu
32 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 108 dəfə oxundu
33 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.964 dəfə oxundu
34 Heyzli qadının ibadəti 24.02.10 43.196 dəfə oxundu
35 Oruc və orucun başlanğıcı 27.08.10 9.366 dəfə oxundu
36 Şəfaət inancı 08.02.11 2.874 dəfə oxundu
37 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.840 dəfə oxundu
38 Uşaqların evləndirilməsi 26.01.15 2.970 dəfə oxundu
39 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.485 dəfə oxundu
40 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.431 dəfə oxundu
41 Zikrin fəzilət və faydaları 26.11.10 4.669 dəfə oxundu
42 Kəramət nə deməkdir? 15.02.11 3.653 dəfə oxundu
43 Qadınların sünnəti 15.07.12 13.268 dəfə oxundu
44 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.012 dəfə oxundu
45 Qadınların şahidliyi 14.05.09 2.873 dəfə oxundu
46 Quran və müsəlmanlar 29.01.10 4.577 dəfə oxundu
47 Dua 25.11.10 6.946 dəfə oxundu
48 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.462 dəfə oxundu
49 Əsl kafir kimdir? 21.07.12 8.871 dəfə oxundu
50 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.061 dəfə oxundu
51 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.774 dəfə oxundu
52 Dəlillərlə Cümə namazı 12.02.10 6.065 dəfə oxundu
53 Donuz əti və ziyanları 08.12.10 5.656 dəfə oxundu
54 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.482 dəfə oxundu
55 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.442 dəfə oxundu
56 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.441 dəfə oxundu
57 Hicabı qadağan edənlər 14.05.09 3.366 dəfə oxundu
58 İnsan cəsədi və avtopsiya 05.02.10 3.522 dəfə oxundu
59 Şirk və küfr 14.07.11 3.462 dəfə oxundu
60 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.092 dəfə oxundu
61 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.070 dəfə oxundu
62 Nişanlıların kəbini 14.05.09 11.225 dəfə oxundu
63 Qadınlar və Cümə namazı 26.03.10 6.698 dəfə oxundu
64 Quranda əşyaların dili 04.07.11 14.136 dəfə oxundu
65 Mutəvatir hədis 28.09.12 1.892 dəfə oxundu
66 Vəsilə nədir? 27.05.16 2.044 dəfə oxundu
67 Münafiqlərin korluğu 10.04.10 1.981 dəfə oxundu
68 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.747 dəfə oxundu
69 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.406 dəfə oxundu
70 Hikmət 09.01.16 4.044 dəfə oxundu
71 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.461 dəfə oxundu
72 Nikaha nəzarət 14.05.09 6.547 dəfə oxundu
73 Ölüdən kömək gözləmək 28.03.10 3.746 dəfə oxundu
74 Quranı öyrənmənin üsulu 16.12.15 4.423 dəfə oxundu
75 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 990 dəfə oxundu
76 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.830 dəfə oxundu
77 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.469 dəfə oxundu
78 Faiz 29.03.10 4.345 dəfə oxundu
79 QÜTBÜ ƏZƏM 24.03.14 2.425 dəfə oxundu
80 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.409 dəfə oxundu
81 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.144 dəfə oxundu
82 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.396 dəfə oxundu
83 Namazları cəm etmək 08.04.10 6.677 dəfə oxundu
84 Seyyidlər kimlərdir? 16.10.11 7.636 dəfə oxundu
85 Qəza-qədər məsələsi 24.02.13 3.973 dəfə oxundu
86 Qadınların döyülməsi 29.03.17 1.211 dəfə oxundu
87 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.048 dəfə oxundu
88 Vərdişlər 10.04.10 2.587 dəfə oxundu
89 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.817 dəfə oxundu
90 Mütə nikahı (siğə) 07.03.13 8.224 dəfə oxundu
91 Tağut 28.04.17 2.649 dəfə oxundu
92 İnsan peyğəmbər 06.07.09 3.693 dəfə oxundu
93 Allah, insan və xələf-sələf 12.04.10 2.757 dəfə oxundu
94 Kişinin seksuallığı 09.01.12 15.292 dəfə oxundu
95 Vəhy 12.04.13 1.798 dəfə oxundu
96 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 346 dəfə oxundu