Müsəlmanlar
İsa əleyhissəlamın kəlmə/söz olması nə mənaya gəlir?

İsa əleyhissəlamın kəlmə/söz olması nə mənaya gəlir?

Sual: Xristianlar, İsa əleyhissəlama “Tanrı Kəlamı” deyirlər və bunu tanrılığına dəlil kimi göstərirlər. Quran da İsa üçün “kəlimətullah” yəni, “Allahın kəliməsi” sifətini işlədir. Quranın dediyi ilə Xristianların iddiaları arasındaki fərq nədir?

Cavab: İsa əleyhissəlamın söz/kəlam olması İncillərdə yer alan bir məlumatdır. Fəqət, Xristianların “loqos/söz doktrini” olaraq ortaya qoyduqları və İsanı ilahlaşdırmaya yönəlik yorumları isə tam bir cəfəngiyyatdır. Yuhanna İncilində yer alan əlaqəli bölümlər aşağıdaki kimidir:

“İlk əvvəl söz var idi. Söz Tanrıyla birlikdəydi və Söz Tanrı idi. Hər şey onun vasitəsilə var oldu, var olan heç bir şey onsuz olmadı.” (Yuhanna 1”1-3)

Yuhannada keçən sözlə əlaqəli bölümlər təslis inancına dəlil gətirilməkdədir. Halbuki, sözlə əlaqəli bölümlərə birlikdə göz atıldığı zaman “söz” qavramının yaradılış hadisəsilə bağlantılı olduğu ortaya çıxar. Müqəddəs Kitabda bununla əlaqəli məlumatları ümumilikdə dəyərləndirdiyimiz zaman, başlanğıcda Tanrının kainatı yaradanda hər şeyə “ol” dediyi görülməkdədir:

“İlk əvvəl Allah göyləri və yeri yaratdı. Yer boş idi, yer üzünün şəkli yox idi; dərin qaranlıqlarla örtülüydü. Allahın Ruhu suların üstündə hərəkət edirdi. Allah, “İşıq olsun” deyə buyurdu və işıq oldu”. (Yaradılış 1:1-3)

Hər şeyin bu “ol” sözü vasitəsilə yaradıldığı açıqdır. Bu söz Allahın iradəsini təmsil edir və Allahdan müstəqil deyil. Bu yazılanlar Quranla da örtüşür.

Xristian filosoflar isə bu əlaqəli sətirlərdəki sözün İsa olduğunu yorumlyaraq, İsanın tanrı olduğunu iddia etmişlər. Buna dəlil olaraq da yenə Yuhannada keçən bu pasajı irəli sürmüşlər:

“Söz, insan olub aramızda yaşadı. Onun ucalığını -Atadan gələn lütüf və həqiqətlə dolu tək oğulun timsalında- gördük.” (Yuhanna 1:14)

“Söz” vasitəsilə meydana gələn hər şey Allahdan ayrı bir məxluqdur. Allah, “işıq olsun” deyər və işıq olur. Ancaq işıq, Tanrı deyildir. Yuhannanın əlaqəli bölümünün 14-cü pasajında keçən “Söz insan olub aramızda yaşadı” təbiri də İsanın möcüzəvi bir şəkildə Allahın “ol” əmrilə vücud tapıb həyata gəldiyini ifadə etməkdədir. Bilavasitə Quran da bunu dəstəkləməkdədir:

“Allah qatında İsa misalı, eynilə Adəmin misalı kimidir. Adəmi torpaqdan yaratdı; sonra ona “Ol” dedi, o da oldu.” (Əli İmran, 3/59)

“Ey Kitab əhli! Dininizdə həddi aşmayın, Allah haqqında təkcə həqiqəti deyin. Məryəm oğlu İsa Məsih, ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və tərəfindən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “İlah üçdür!” deməyin. Bu (cəfəngiyyata) son qoyun; sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaq-dır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.” (Nisə, 4/171)

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7343.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.