Müsəlmanlar

Ramazan sözünün mənası və Ramazan adının qoyulması.

Sual: Ramazan sözünün mənasını və Quranda keçib keçmədiyini bilmək istəyirəm. Ramazan adını insanlara qoymaq olarmı?

Cavab: Ramazan kəlməsi ərəb dilində, “ramaz” yəni “Qızmar yerdə yalın ayaq yürümə” masdarından və “yer üzünü tozdan təmizləyən yağış” anlamında “ramazi” kökündən törədiyini söyləyirlər.

Ərəblər, qəməri aylarından birinə verdikləri ada da Ramazan ayı adını vermişlər. Quranda Ramazan ayı barədə ayə vardır. Bu ayədə belə buyurulur:

(Sayılı günlər) Quranın endirildiyi Ramazan ayıdır. Quran, həm insanlara bir rəhbər olaraq həm də doğru yolun və Furqanın/haqla batılı ayırmağın açıq dəlilləri olaraq endirilmişdir. Sizdən hər kim həmin aya qovuşursa, onu oruclu keçirsin. Hər kim də xəstə və ya səfərdə olarsa, həmin günlərin sayı qədər başqa günlərdə oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəməz. Bunlar sayını tamamlamağınız (orucun bitdiyi gün) sizi buna yönləndirmənizin əvəzində Allahı təkbir gətirməklə uca tutasınız (bayram namazı qılasınız)[238] və ona qarşı vəzifənizi yerinə yetirməyiniz üçündür”. (Bəqərə 2/185).

Ramazan adının insanlara verilməsində də heç bir problem yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/sizden-gelenler/4794.html

https://www.muselmanlar.com/fitvalar/6265.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.