Müsəlmanlar

Bir məhsulu hələ bitmədən satın almaq doğrudurmu?

Sual: Mən əkinçidən taxılını hələ əkmədən bazarlıq edib satın alıram. 9 ay sonra biçin vaxtı gələndə məhsulu götürürəm və qazancımı da əlavə edib, taxıl fabrikasına satıram. Bu qaydada edilən ticarət doğrudurmu?

Cavab: Nə qədər məhsul çıxacağı bilinmədən, sanki dəqiq olacaqmış kimi “bu tarladan çıxacaq bu qədər məhsulu , filan qiymətdən satın aldım, sənin bu miqdarda məhsulunu deyilən vaxda mənə verməyin və mənim də bu miqdarda pulu sənə verməyim qarşılıqlı borcumuzdur” şəklindəki bir müqavilə yəni, miqdar və ödənişin sabit olduğu bir sözləşmə caiz/doğru olmaz; çünki o qədər məhsul çıxmaya bilər.

Ancaq məhsulun hər hansı keyfiyyəti üzərindən və miqdarı tələb edilmədən, çıxacaq olan məhsulun tonu üzərindən müqavilə aparılarsa və “nə qədər (keyfiyyəti məlum) məhsul çıxarsa, tonu bu miqdardan olmaq üzərə biçin vaxtı təslim edilib, qarşılığı ödəniləcəkdir, məhsul çıxmazsa ödəniş də tələb edilməyəcəkdir” şəklində bir sözləşmə edilirsə, bu caiz/doğru olur.

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5947.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.