Müsəlmanlar

Heyvan döyüşdürmək olarmı?

Sual: Heyvan döyüşdürmək olarmı?

Cavab: Yer üzündə gördüyümüz canlılar arasında tək məsuliyyətli varlıq insandır. Bu səbəblə hər şeydən sorumlu olduğumuzu və hər şeyin bizim üçün yaradıldığını bilməyimiz lazımdır. Quranda belə buyrulmaqdadır:

“Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır. Siz onlardan başqa mənfəətlər də əldə edirsiniz.” (Ğafir, 79-80)

Quranda bildirildiyi üzərə, heyvanlar da bir ümmətdir və onların da həyat qanunları, ağlı, duaları, duyğuları və rüziləri olan, proqramlanmış şəkildə yaradılmış varlıqlardır. Bizim onlardan faydalanma haqqına sahib olduğumuz kimi, onlara qarşı sorumluluğumuz da vardır. Bu sorumluluqlar içərisində; onlara zərər, əziyyət, işgəncə verməmək və onlardan təkcə ehtiyacımız olduğu ölçüdə istifadə etmək lazımdır.

Peyğəmbərimiz əleyhissəlam, keçisini sağan bir adama belə öyüd vermişdir: “Keçini sağanda, balasını bəsləyə biləcəyi süd buraxın.” (M.Zəvaid 8/ 196)

Verdiyiniz suala gəlincə; Heyvanları döyüşdürmək, onlara işgəncə etmək deməkdir. Onları yarışdıra bilərsiz fəqət, özləri istəmədən döyüşdürməyə haqqımız yoxdur. O cümlədən dinimiz, heyvanların dağlanmasını və döyülməsini də qadağan etmişdir.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7278.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.