Müselmanlar
Bilmədən şirkə düşən insanın halı nədir?

Bilmədən şirkə düşən insanın halı nədir?

Sual: Bilmədən şirk qoşan insanın cəhaləti üzr sayılır?

Bir insan şirkə ya bilərək ya da -Allahın yaratdığı və nazil etdiyi ayələr üzərində-yaxşı fikirləşmədiyi üçün başqası tərəfindən aldanaraq düşər. Bu səbəblə Allah Quranda yüz dəfələrlə: “Heç fikirləşmirsiz?”, “heç ağlınızı işlətmirsiz?”, “heç düşünmürsüz?”, “nə vaxt idrak edəcəksiz?”– kimi ifadələrlə insanları etdikləri bu böyük günahdan uzaqlaşdırmaq istəyir.

Biz şirkin insan fitrətinə zidd olduğuna, Allaha güvənən və düşünən insanın bunu qəbul etməsi mümkün olmadığına inanırıq. Bu səbəblə cəhalət üzr sayılmaz və şirk günahı da əfv edilməz bir cinayətdir. Allah Təala bu barədə belə buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.” (Nisə, 4/116.)

Şirk barədə ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/6191.html

http://www.muselmanlar.com/tedqiqatlar/6659.html

http://www.muselmanlar.com/kitablar/3448.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin