Müsəlmanlar

Şeytan cindir, yoxsa mələk?

Sual: Şeytan əgər mələk isə nə üçün oddan yaradılmışdır?

Cavab: Şeytan ümumi addır, İblis isə xüsusi. İblis əvvəllər müqərrəb (Allaha yaxın) mələklərdən sayılırdı. İblis, əmrə itaətsizlik etdiyi üçün şeytan olmuşdur. Allahın əmrlərindən çıxan insan da cin də şeytan olur. İblis, əlbəttə oddan yaradılmışdır. Mələklərin nurdan yaradıldığı deyilir. Fəqət Quranda belə bir ayə yoxdur. Əslində bütün mələklər cindir. Cinlərin Allah tərəfindən vəzifələndirilənlərinə mələk deyilir.

Günümüzdə dövlət tərəfindən vəzifələndirilən şəxslərə məmur deyilir. Məmur olanlar insanlıqdan çıxmadığı kimi, mələklər də cin olmaqdan çıxmaz.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Oxşar məlumata aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6647.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []