Müsəlmanlar

Bilə-bilə günah işləməkdə inad edən dindən çıxarmı?

Sual: Bilə-bilə günah işləməkdə inad edən dindən çıxarmı?

Cavab: Günah oluğunu qəbul etdiyi müddətcə günahkardır. Amma günah olduğunu inkar edərsə, o halda kafir olmuş olur. Bunların nümunəsi Adəm və İblis obrazında bizə bildirilməkdədir. Adəm özünün təqsirkar olduğunu qəbul etdi və peşman oldu. İblis isə, günahını görməməklə qalmadı, hətta özünü haqlı çıxarmağa cəhd və inadkarlıq edərək, günahını davam etdirməyə möhlət istədi. Beləliklə kafir oldu.

İnsanların da bir çoxu günahını davamlı surətdə işlədiyi zaman artıq həmin günahının üstünü örtməyə və bir müddət sonra günah olmadığını “mən özü neynəmişəm ki, etdiyim işlərin bir səbəbi var, və s.” – deyərək, özünü müdafiə etməyə, günahını görməməyə və təmizə çıxarmağa başlayır. Artıq bu mərhələ; İblisin şeytanlaşması kimi, insanın şeytanlaşdığı mərhələdir.

Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:

İnsanı kafir edən günahlar hansılardı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.