Müsəlmanlar

Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı?

Sual: Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı?

Cavab: Gündəlik beş vaxt namazların əvvəlində və ya sonrasında qılınan sünnət namazları ilə əlaqədar hədis mənbələrində müxtəlif rəvayətlər vardır. Gələn səhih rəvayətlərdə Rəsulullahın fərz namazlarının əvvəlində və sonrasında cəmi on rükət nafilə namaz qıldığı rəvayət edilmişdir. Bunlar; sübh namazından əvvəl iki, günortadan əvvəl və sonra qılınan iki, axşam namazından və gecə namazından sonra qılınan namazlardır. Bunları rəsulullah çox vaxtı qıldığı üçün bunlara “müəkkəd sünnətlər” deyilir. Bunların xaricində fərz namazlarından əvvəl və sonra qılınan sünnət namazlarına isə “qeyri müəkkəd” deyilir. Nəbi əleyhissəlamın bu sünnətləri çox vaxtı tərk etdiyi rəvayət edilir. Gecə namazının fərzindən əvvəl qılınan sünnət namazı ilə əlaqədar isə hər hansı bir rəvayət yoxdur.

Qurani-Kərimdə Rəsulullahın qıldığı bu namazlar barədə:

فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى

Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün bölümlərində də Ona qulluq et ki, bəlkə razı qalasan.” (Tə-ha, 20/130.)

Bu ayə sünnət namazlarının nə vaxt qılınacağını bildirməkdədir. Fərz namazlarını bildirən ayələrdə “namazını düzgün qıl” (Bax: Hud, 11/114; İsra, 17/ 78.) ifadəsi yer alır. Lakin bu ayədə isə “təsbih et” (وَسَبِّحْ) ifadəsi keçməkdədir. Bu vaxtların sünnət namaz vaxtlarına işarət etdiyini göstərən, ayədəki “bəlkə razı qalasan.” (لَعَلَّكَ تَرْضَى) ifadəsidir. Əgər bu ayədəki vaxtlar fərz namazlar üçün olsaydı belə bir ifadə yer almazdı. Çünki, fərz olan ibadətlərdə insanların razılığı aranmaz, qəti surətdə əmr edilir. Yenə eyni qaydada Kaf surəsinin 39 və 40-cı ayələrində təsbih et”  (وَسَبِّحْ) ifadəsindən sonra “günəş doğmadan əvvəl, batmadan əvvəl və gecə” ifadələri sünnət namazlarının vaxtlarına işarət etməkdədir.

Bütün bunlar göstərir ki, sünnət namazlar, Nəbi əleyhissəlamın Qurandan çıxardığı doğru hökmlərdən ibarətdir.

Nafilə namazlarla əlaqədar digər bir mühüm məsələ də niyyət məsələsidir. Bu namazları qılmaq üçün niyyət ediləndə sanki, bu namazların rəsulullah üçün qılındığı təəssüratı yaranır. Digər bütün ibadətlər kimi bu namazlar da təkcə Allah üçün qılınır. Rəsulullah da bizim üçün nümunə təşkil etdiyi üçün əlbəttə onun elədikləri bizim üçün mühümdür. Fəqət rəsulullahı nümunə almaq, ibadətləri onun üçün etmək mənasına gəlməz. Bu səbəblə bir müsəlman ibadətlərini Allah rizası üçün etdiyinə görə, niyyətini də Allah rizası üçün edəcəkdir.

Buna bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6931.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz