Müselmanlar
İştirak banklarından ev və ya maşın krediti almaq doğrudurmu?

İştirak banklarından ev və ya maşın krediti almaq doğrudurmu?

Sual: İştirak banklarından ev və ya maşın krediti almaq doğrudurmu?

Cavab: Əgər ev və ya maşın şirkətləri sizə vədəli/nisyə olaraq, “bu malın qiyməti nağdı da alsan nisyə də alsan eynidir, sıfır faizlə”– deyərsə, o zaman bunda bir probem yoxdur, ala bilərsiniz. Ancaq “sıfır faiz” deyən banklar, siz malı alıb sənədləri imzaladığınız zaman sənəddə görürsünüz ki, həmin şirkət başqa bir bankla sizin adınıza kredit müqaviləsi qurur ya da sənədləşmənin xərci deyə sizdən müəyyən faiz əlavə pul alırlar. Bu cür fəaliyyətlər isə faizlidir.

İştirak bankları hər hansı bir malı 100 manata alıb sizə 120-yə satırsa, bunda bir problem yoxdur və buna fiqhdə “murabəhə”- deyilir. Əgər bank hər hansı bir malı almayıb və sizə almış kimi göstərib, sizinlə al-ver edir və sizdən pulu aldıqdan sonra pulunuzla həmin malı alıb sizə təslim edirsə, belə bir alış-veriş də doğru deyildir.

Suala cavab verdi: Professor Sərvət Bayındır.[1]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İstanbul İlahiyat fakültəsi müəllimi.

Bizi izləyin