Məhərrəmliyə məxsus qadağalar varmı?
Müsəlmanlar > Aşurə günü > Fitvalar Tarix: 06 Kasım 2015 Tövsiyə et Çap et
Sual: Məhərrəmliyə məxsus qadağalar varmı?

Cavab: Dinimizdə Məhərrəm ayına məxsus bir ibadət olmadığı kimi Məhərrəm ayına məxsus bir qadağa da yoxdur. Hədisçilər bu barədə müxtəlif rəvayətlər nəql edirlər. Ancaq bu hədislərin Quranda bir dəlilini görmədiyimiz üçün biz “bu ayda filan ibadəti yerinə yetirin və ya bu ayda filan şey haramdır”- deyə bilmərik. Sünni və Şiələrin məşhur olan rəvayətlərində bu ayda oruc tutmaq nə fərz nə də sünnə olaraq deyil, müstəhab deyə qeyd edilməkdədir. Müstəhab orucları tutmaq savab olmaqla birlikdə, Məhərrəm ayının təkcə 10-cu günündə (yəni aşura günü) oruc tutmaqla əlaqədar sünni və şiə arasında bir-birinə zidd rəvayətlər mövcuddur. Məsələn, əhli-sünnə mənbələrindəki rəvayətlərdə “Hər kim Məhərrəmin Aşura gününde oruç tutarsa, Allah Təala o adama on min mələk savabı verir. Hər kim Məhərrəmdən Aşura günündə oruç tutarsa, o adama on min həcc və umrə savabı verilir, əlavə olaraq on min dənə də şəhid savabı verilir.”[1] “Kim ki, Aşurə günü əliylə bir yetimin başını məsh edərsə,(oxşayarsa) Cənabı Həqq o yetimin başındakı saçının hər bir teli üçün cənnətdə yüksək dərəcələr verir.[2] “Hər kim Aşura günü oruç tutarsa, Firdevs-i Əlaya varis olur.”[3]

Şiələr isə bu ayın Aşura günündə oruc tutmağı bidat və haram sayır və bunu əməvilərin Hüseyni şəhid etməsini qeyd etmək üçün uydurduqları bir bidat olaraq görürlər.

Ubeyd bin Zurarə, Əbu Abdullah İmam Cəfər Sadiqdən Aşura günü oruç tutmağın hökmünü soruşanda imam Cəfəri Sadiq buyurdu: “Hər kim bu gün (Aşura günü) oruc tutarsa onun bu gündən aldığı pay və hissə İbn Mərcan və Əli Ziyadın bu günden aldıqları pay ve hissəsi qədərdir.” Dedim ki: “Onların bugünkü pay ve hissələri nədir?” Buyurdu ki: “Cəhənnəm atəşi! Cəhənnəm atəşindən ve insanı cəhənnəm atəşinə yaxınlaşdıran əməllərdən Allaha sığınırıq.”[4]

Əli əleyhissəlamdan mənə çatan əhddən bilirəm. “Cəbələ (zalım, quldur), Hüseynin öldürüldüyü günü necə bərəkət günü edəcəklər?”– diye soruşanda, Meysəm ağlayaraq belə dedi: “Bir hədis uyduraraq “Allah bugünde Adəmin tövbesini qəbul etdi.”– deyəcəklər. “Allah Təalanın bugünde Yunusu balığın qarnından qurtardığını zənn edəcəklər, Nuhun gəmisinin bu gündə Cudi dağının başına oturduğunu düşünəcəklər, Allah Təalanın bu gündə dənizi Musaya yardığını zənn edəcələr, əslində isə bütün bunlar başqa günlərdə olmuşdur.”

Şiələrdə aşurəylə əlaqədar sünnilərdən gələn bu kimi rəvayətlərə inanmaq bidət və haramdır. Çünki bu rəvayətlər, o gün şəhid edilən Hüseyn əleyhissəlamı və onun özləri kimi zalımlara qarşı etdiyi mübarizəsini unutdurmaq üçündür. Şiələrin bu fikirlərinə biz də qatılırıq.

Biz, elmi və tarixi tədqiqatlardan əldə etdiyimiz məlumatlara və xüsusilə Qurana əsaslanaraq deyə bilərik ki, yuxarıda (Məhərrəm ayına məxsus ibadət və qadağalar barədə) verilən rəvayətlərin hamısı batil xurafələrə dayanmaqda və heçbiri səhih bir dəlilə əsaslanmamaqdadır. Muhərrəm ayının digər aylardan və ondakı Aşurə gününün hər hansı digər günlərdən heç bir fərqi yoxdur. Bu səbəblə digər günlərdə halal və haram olan şeylər o gündə də eynidir. Təkcə Aşurənin 10-cu günü toy kimi şənlikləri bir başqa günə təxir etmək yaxşı olar. Bəzi sünnilərin Aşura gününü xüsusi bir gün kimi və bu gündə oruc tutmağı müstəhab kimi, şiələrin də matəm günü kimi qeyd etməsini və “Aşurədə Hüseynə ağlamağın cənnətə getməyə vəsilə olacağı”- kimi rəvayətlərini qəbul etmirik. Hər iki baxış tərzi, tarixdəki siyasi hadisələrin təsiri ilə meydana gəlmişdir. Bütün bu iddiaların Quranda heç bir dəlili yoxdur.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6445.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Əbulleys əs-Səmərqəndi, “Tenbîhul- ğâfilîn”, sh:331; Əbdülqadir əl-Geylani, əl-Ğunyə, 2/87.

[2] “Şıratül İslam şərhi” sh. 218.

[3] Muttaki el Hindi, “Kenzül Umman.” 13 c. s. 133.

[4] Usul-u Kafi, c. 4, s. 147; Təhzib, c. 4, s. 301.

 

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Aşurə günü bazarlıq 28.12.09 4.854 dəfə oxundu
2 Aşurə günü oruc tutmaq 15.12.10 9.197 dəfə oxundu
3 Məhərrəmliyə məxsus qadağalar varmı? 06.11.15 1.777 dəfə oxundu
4 Dinimizdə əzadarlıq varmı? 04.10.17 1.007 dəfə oxundu