Müselmanlar
Peyğəmbərimizin ruhu hələ də bizimlə bərabərdir?

Peyğəmbərimizin ruhu hələ də bizimlə bərabərdir?

Sual: Həcc surəsi 78-ci ayəsində rəsul üçün ifadə edilən “şəhid” kəliməsi “şahid olsun” mənasında ifadə edilərək peyğəmbərimizin ruhunun hələ də aramızda olduğuna dəlil gətirilir. Ayənin davamında “Siz də insanlara şahid olasınız deyə” bölümünü də evliyanın, imamların ruhunun bizimlə bərabər olduğuna dəlil gətirirlər. Bu mövzunu izah edə bilərsinizmi?

Cavab: Günahkarlar oxşarlıqlardan hərəkət edərlər. Məsələn, deyərlər ki; “Faiz də al-ver kimidir, niyə haram olsun?” və ya “Zinanın nəyi haramdır? Ər-arvad da eyni işi görmürlərmi?!” ya da bir çox təriqətçilər kimi “vəsilə” kəliməsini istismar edərək; “Təvəssül niyə şirk olsun? Allah kitabında vəsilə axtarın”- demir?”– deyərlər. Fitrətinə görə yaşamayan insanların baxış tərzi belədir. O cümlədən, Həcc surəsinin 78-ci ayəsindəki “şəhid” kəliməsini də bu cür istismar edərək, öz əqidələrinə dəlil gətirməyə çalışırlar.

Şəhid kəliməsini təhrif edənlər Maidə surəsinin 116 və 117-ci ayəsində İsa əleyhissəlamla əlaqədar deyilənlərə nəzər salmalıdırlar: Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!” “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni vəfat etdirdikdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.”

Gördüyünz kimi ayədə İsa əleyhissəlam: “…Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni vəfat etdirdikdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən”- deyir. Deməli belə bir şey yoxdur və belə bir xüsusiyyət ancaq Allaha məxsusdur. Quran, sırf Allaha aid xüsusiyyətləri hər hansı bir varlığa vermənin adına şirk deməkdədir. Bu səbəblə evliyaların, imamların ruhlarının aramızda hələ də dolaşdığına və bizi kontrol etdiyinə inanmaq insanı şirkə götürür. Buna inanan insanların ölmədən əvvəl tez tövbə etmələri lazımdır.

Yəhudilər İsa əleyhissəlama inanmadıqları üçün “Məsih hələ gələcək”- deyirlər. Xristianlar Muhəmməd əleyhissəlama inanmadıqları üçün İsanı ilahlaşdırıb yenidən gətirirlər, müsəlmanlar da onlara qoşulub həm İsa-Məsihi, həm də Mehdini gətirirlər. Bütün bunlar, müsəlmanların Qurani Kərimi kifayət qədər oxumadıqlarını və ona lazım olan dəyəri vermədiklərini göstərir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır[1]

Bu sualla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/5778.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.

Bizi izləyin