Müsəlmanlar

İslama əsasən yetim və kimsəsiz uşaqların baxımı necə olmalıdır?

Sual: Kimsəsiz, yetim uşaqların sığındığı, adına internat məktəbi dediyimiz, dövlət müəssisələri və təşkilatları mövcuddur. Bunlar uşaqlara 18 yaşına qədər baxırlar. Demək istədiyim budur ki, Rəsulullah dövründə yetim və kimsəsiz uşaqların vəziyyəti necə idi? Onlara neçə yaşına qədər baxırdılar?

Cavab: İnternat məktəbi avropadan nümunə alınaraq qurulan bir təşkilatdır. İslam bunun daha yaxşısını tətbiq edir:

Yetim və kimsəsiz uşaqlara bir ailənin tərkibində baxılmalıdır. Əsas olan budur. Dinimizə görə, bir ailə tərəfindən  himayəyə alınan uşaq; ailə tərəfindən hər hansı bir haqsızlığa məruz qaldığı görülərsə, bu haqsızlığı görən kim olur-olsun, uşağın haqqını qorumaq üçün məhkəməyə şikayət edə bilər. Bilavasitə uşaqlar, haqlarının qorunması üçün  çox ciddi nəzarət altına alınırlar. Bunun nümunəsi Osmanlı dövlətində mövcuddu. Məsələn Osmanlıda: Uşaqlar ailələrə təslim edilir və ailə tərkibində baxılırdı, böyüdükdən sonra da evləndirilirdi (İslam dinində yetim və kimsəsiz uşaqları himayə edib böyütmək, onların mal-dövlətini qorumaq savab hesab olunur). Beləliklə, cəmiyyətə dəyərlərinə bağlı, doğma bir nəsil qazandırılırdı. İnternatta isə, ailə şəfqətindən, qayğısından, cəmiyyətin nəzarətindən uzaq, maaş qarşılığında onlara baxan insanlar tərəfindən yetişdirilən uşaqlardan istənilən nəticənin alınacağını düşünmürəm.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır[1]

Bu sualla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər salın:

Dini Elmi Sayt

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []