Müsəlmanlar

İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi?

Sual: İbrahim surəsi 1-ci ayənin məalında belə deyilir: “Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin icazəsi ilə qaranlıqdan nura – Qüdrətli, Tərifə layiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.” Buradakı “Allahın icazəsi”- kəliməsiylə nə qəsd edilir?

Cavab: Bizim dilimizdəki icazə kəliməsi ilə Qurandakı icazə kəliməsi arasında fərq vardır. Quranda ifadə edilən icazə kəliməsi bizim dildə təsdiq mənasına gəlir. Bu səbəblə ayədəki “izn”- kəliməsini türk dilinə tərcümə edəndə “təsdiq” kəliməsi ilə əvəz etmək lazımdır. Məsələn: Tələbənin bir sinifdən digər sinifə keçməsinə məktəbdəki müəllimlər qərar verirlər. Bildiyiniz kimi, tələbənin qabiliyyəti yoxlanılmadan da buna əvvəlcədən qərar verməzlər.

İnsanların imtahanları ilə əlaqədar məsələlər də həmçinin; bu insan imtahanı keçmişdir ya da mənim yoluma gəlmişdir qərarını verən Allahdır. Ancaq bu qərar və təsdiq əvvəlcədən deyil, insanların imtahanından sonra verilir. Əgər Allahın izni kəliməsi düzgün tərcümə edilməzsə, insanlar təhrif olunmuş dinlərdə və əqidələrdə olduğu kimi; “haqqımızda hökm əvvəlcədən verilmiş, qədərimiz əvvəlcədən yazılmış”– deməklə, həm edilənləri dəyərsizləşdirmə həm də imtahanın boşuna olduğu fikrinə düşərlər. Nəticədə Allaha da iftira etmiş olarlar.

Qədər, bir ölçüdür. Onu, haqqımızda əvvəlcədən planlanmış “alın yazısı” olaraq görməmək lazımdır. Təbiətdəki bütün hadisələr Allahın icazəsi olmadan meydana gəlməz. Göydən düşən bir yarpaq da Allahın təsdiqinə tabedir. Bu səbəblə Allah təala Hədid 22-ci ayədə belə buyurur:

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu (müsibəti) yaratmamışdan qabaq Kitaba qeyd edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.” (Hədid, 57/22)

Ayənin ifadə etdiyi “kitaba qeyd edilmə”- məsələsi Allahın təsdiqindən sonra olur. Yazıldıqdan sonra meydana gəlir. Anında və ya daha sonra da meydana gəlir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır[1]

http://www.muselmanlar.com/fitvalar/5139.html

http://www.muselmanlar.com/fitvalar/5695.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []