Müsəlmanlar

Quranda namazların səsli ya da səssiz oxunması barədə ayə var?

Sual: Quranda namazın vaxtlarından bəhs etdiniz. Bəs Quranda beş vaxt namazın hansının səsli, hansının səssiz oxunması barədə ayə varmı?

Cavab: Bəli, vardır. Allah Əraf surəsinin 204 və 205-ci ayələrində namazların hansının səsli və hansının səssiz qılınması barədə xəbər verir. Bu ayələr bütün müfəssirlərə və bizə görə də namazlardakı qiraətdən bəhs etməkdədir:

“Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.” Allahın bu ayədəki əmrinə əsasən imam səsli olaraq səhər, axşam və işa namazlarında Quran oxuduğu vaxt biz susub dinləməliyik. Bir sonrakı ayədə isə hansı namazların səssiz oxunması lazım olduğu bildirilməkdədir:

“Günün başında və sonunda yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”

Bu ayədə “Günün başında və sonunda”– ifadəsindən qəsd edilən günün ilk namazı olan günorta namazı, sonunda ifadəsiylə də ikindi namazı qəsd edilməkdədir. Necə ki, imam ayədə deyilənə uyaraq bu namazlarda səssiz oxumaqdadır. Bu vəziyyətdə siz də səssiz olaraq Qurandan bir parça oxuya bilərsiniz.

Ancaq məalların çoxunda günün başını və sonunu ifadə edən ərəbcədəki, بِالْغُدُوِّ وَالآصَالِ – kəlimələri “səhər və axşam” deyə tərcümə edilmişdir. Halbuki الآصَال kəliməsi ərəb dilində ikindi vaxtını ifadə edir. Qurani-Kərimin digər ayələrini nəzərə alanda məsələn Rad surəsinin 15-ci ayəsində də  eynilə bu kəlimələr ifadə edilməkdədir:

“Göylərdə və yerdə olanlar istər- istəməz Allaha səcdə edərlər. Kölgələri də günün başında və sonunda bunu edər.”

Təəssüf ki, məallara baxanda eyni xətanın bu ayədə də təkrarlandığını görürük. Əgər bu ayədə الآصَال kəliməsindən ikindi yerinə axşam vaxtı nəzərdə tutulsaydı, onda belə bir cavabsız sual yaranırdı: Ayədə axşam vaxtı günəş batdıqdan sonra nəyin kölgəsindən bəhs edilir?

Beləliklə, kəlimələrin əsl mənalarını və mövzuyla əlaqədar Quranda ifadə edilən digər ayələri nəzərə alıb bərabər dəyərləndirəndə, digər məsələlərdə olduğu kimi, bu məsələdə də  hansı namazların səsli və hansının səssiz oxunmaqları lazım olduğunu aydınlaşdıra bilərik.

Suala cavab verdi: Dr. Yəhya Şenol

Mövzuyla əlaqədar saytımızın digər linklərinə buradan baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5927.html

http://www.muselmanlar.com/tedqiqatlar/5930.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.