Müsəlmanlar

Münafiqin və ya zalımın arxasında namaz qılmaq olar?

Sual: Münafiqin və ya zalımın arxasında namaz qılmaq olar?

Cavab: Məzhəblərdən əhli sünnəyə görə, fasiq və münafiqin arxasında namaz qılmaq olar. Ancaq əhli şiə isə bunun tərsinə, belələrinin dalında namaz qılınmayacağına hökm veriblər.

Dövrünün dahi simalarından olan Həsən Bəsri bu mövzuyla əlaqədar belə demişdir: “Mömin birinə münafiqin arxasında qıldığı namazı ona zərər vermədiyi kimi, münafiq birinin də mömin bir kimsənin arxasında qıldığı namazı ona bir fayda saxlamayacaqdır.”

Bize görə də, imamın abdestinin pozulmasıyla arxadakı camaatın abdesti pozulmadığı kimi, zalım ve ya münafiq birinin qıldırdığı namazla arxadakilərin namazı pozulmaz!

Bizim bildiklərimizin  ya da gördüklərimizin  bəziləri bizi yanılda bilər. Bunları ən yaxşı tanıyan və haqlarında ən doğru hökmü verəcək olan Allahdır:

“Sənin Rəbbin pozğunçuları yaxşı bilir.” “Mənim elədiklərimlə sizin əlaqəniz olmadığı kimi, sizin elədiklərinizlə də mənim bir əlaqəm yoxdur.” (Yunus, 13/40-41.)

Bu səbəblə İbn Hazmın və onun kimi bir çox imamın da dediyi bu sözlərə qatılırıq: “İbn. Ziyadın və Həccacın arxasında namaz qılmaqdan uzaqlaşan bir səhabə tanımırıq. Heç bir yaxşılıq namazdan, namazı məscidlərdə qılmaqdan yaxşı deyildir.(Heçbir yer məsciddən yaxşı deyildir) Dəvət edildiyi yeri tərk caiz deyildir. Heç bir günah da (şirk xaric) namazları və məscidləri buraxmaqdan pis deyildir. Biz namaza, oruca, cihada çağıranlarla bərabər olacayıq. Amma bizi günaha çağırana qatılmayacayıq, ona kömək etməyəcəyik. Bunlar  eyni zamanda Əbu Hənifə, Şafii və Əbu Süleymanın görüşləridir.”

Bu mövzuyla əlaqədar digər linklərimizə də müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3415.html

http://www.muselmanlar.com/fitvalar/3385.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.