Qurana əsasən qadın işləyə bilər?
Müsəlmanlar > Fitvalar > İş həyatı > Qadının işləməyi Tarix: 30 Ağustos 2012 Tövsiyə et Çap et
Sual: Quranın Əhzab surəsinin 34-cü və Nisa surəsinin 32-ci ayələrini birlikdə mütaliə etsək, Qurana əsasən qadının işləməyinin problemli olduğunu deyə bilərik? Quranda ailənin dolanışığını təmin etmək öhdəliyi kişiyə verilib? Mən bir qadınam. 6 il Ərəb dilini öyrəndim. Quranın təfsirindən də xəbərim var. Hal-hazırda işləməklə əlaqədar bir qərara gəlmək istəyirəm. İxtisasım baytarlıqdır. Mənə yaxşı bir iş təklif olunub. Əgər bu təklifi qəbul etsəm, ət kombinatında 10 qəssaba rəhbərlik edəcəyəm. Dinə əsasən qadının işləməyi məqbuldur, yoxsa yox?

Cavab: Quranda, eləcə də peyğəmbərimizin (s. a. v.) hədislərində qadının işləməyini qadağan edən hansısa bir hökm yoxdur. Hətta rəvayətlərdə qeyd edilir ki, peyğəmbərimizin (s. a. v.) xanımlarından biri olan Zeynəb dəri işi ilə məşğul olub. Yəni, dərini aşılayıb hazırladıqdan sonra bazara apararaq satıb. Onun bir qədər gəliri olduğuna görə bir dəfə bal almış, peyğəmbərimiz (s. a. v.) ona baş çəkdiyi vaxt da şərbət hazırlayıb içirtmişdir. Digər xanımlar da bu hadisəyə görə onu qısqanıblar. Hətta bu səbəbdən müstəqil bir surə (Təhrim) nazil oldu.

Nəticə olaraq, İslamda qadınların işləməyini qadağan edən bir hökm yoxdur. Bununla belə, burada vacib bir məqam var: İslam dini qadını işləmək məcburəyyətinə salmır. Qadının dolanışıq xərclərini təmin etməyi onun ərinə həvalə edir. Beləcə, qadına öz evində rahat hərəkət etmək imkanı verir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/qadinin-islemeyi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.673 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İşləyən qadının dini yöndən pullarını ərinə vermək məcburiyyəti varmı? 15.12.15 772 dəfə oxundu
2 Qadından hakim ola bilər? 01.02.17 727 dəfə oxundu
3 Kişi evlənəndə arvadına işləməyəcəksən deyə şərt qoşa bilərmi? 17.12.15 1.228 dəfə oxundu
4 İslama görə qadınlardan dövlət başçısı və ya hakim ola bilərmi? 19.10.15 895 dəfə oxundu
5 İslam dinində qadının işləməyinə necə baxılır? 19.01.10 2.675 dəfə oxundu
6 Ər arvadının qazandığı pula qarışa bilər? 19.01.10 1.955 dəfə oxundu
7 Qadın dükan işlədə bilər? 19.01.10 2.477 dəfə oxundu
8 İşləyən bir qadın öz pulundan istədiyi kimi istifadə edə bilər? 19.01.10 2.053 dəfə oxundu
9 Qurana əsasən qadın işləyə bilər? 30.08.12 2.673 dəfə oxundu
10 Evdar qadınlar zəkat verməlidir? 21.03.16 817 dəfə oxundu