Quranı başa düşərək oxumaq
Müsəlmanlar > Fitvalar > Müzakirə və mübahisələr > Quran > Quran Araşdırmaları (xüsusi) Tarix: 05 Ağustos 2012 Tövsiyə et Çap et

Quranı başa düşərək oxumaq

Professor Abdulaziz Bayındır1

HACI: Müəllim, mən neçə ildir ki, Quranı Ərəbcə orijinalından oxuyub xətm edirəm. Bu il sizin məsləhətinizi nəzərə alıb tərcümə-məalını da oxumağa başladım. Aşağıdakı ayələr mənə çox təsir etdi:

“Allahın nazil etdiyi kitabdan bir şeyi gizlədib müqabilində qurtarıb gedən (قل : أصلانِ صحيحان، يدلُّ أحدهما على نَزَارة الشيء، والآخرُ على خلاف الاستقرارِ، وهو الانزعاجفيقال: تَقَلقلَ الرَّجُل وغيرُه، إذا لم يثبُتْ في مكانٍ.(مقاييس اللغة)قال تعالى: ثم لا يجاورونك فيها إلا قليلا (الأحزاب 33/60) bir əvəz alanlar qarınlara sadəcə olaraq od doldururlar. Allah Qiyamət günü onlarla danışmaz və onları təmizə çıxartmaz. Onlar üçün acı bir əzab var. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmaq yolunu da verib əzabı satın alan kəslərdir. Onlar atəşə nə qədər də dözümlü imişlər!” (Bəqərə, 2/174-175)

MÜƏLLİM: Nə yaxşı olub! Bir müsəlman kimi öz öhdəliklərini xatırlamağa başlamısan.

HACI: Dəqiq başa düşə bilmədim. Hansı öhdəliyi nəzərdə tutursunuz?

MÜƏLLİM: Qurana başa düşmək öhdəliyindən. Allah təala bununla əlaqədar olaraq belə buyurur:

“Allah kitab verilənlərdən qəti söz aldıqda belə dedi: “Siz bu kitabı insanlara mütləq aydınlaşdıracaqsınız. Onu qətiyyən gizlətməyəcəksiniz!” Onlar isə kitabı qulaqardına vurdular və müqabilində müvəqqəti bir əvəz aldılar. Onların aldıqları şey necə də pisdir!” (Ali-İmran, 3/187)

HACI: Bu elə bir şeydir ki, hər bir müsəlmanla deyil, təkcə bilənlərlə əlaqədardır. Yəni, bu cür olmalıdır.

MÜƏLLİM: Məgər kitab bilənlərə göndərilib? Quran hər bir müsəlmanın kitabı deyilmi?

HACI: Əlbəttə, hər bir müsəlmanın kitabıdır. Deyirəm ki, bəs bilməyənlər nəyi aydınlaşdıracaqlar?

MÜƏLLİM: Belə çıxır ki, bu ayələr hər bir müsəlmanın Quranın mənasını öyrənməyini vacib hesab edir. Elə isə hər bir müsəlman Quranı öyrənməli və mənasını yeri gəldikcə izah etməli, aydınlaşdırmalıdır.

HACI: Yaxşı ki, mən Quranın məal-tərcüməsini oxumağa başladım. Əks təqdirdə, cavabdeh olacaqdım. Sizə bir şey də deyim: Mən çox adam tanıyıram ki, özü haqqında: “Pis adamdır”, – deməsinlər deyə, həqiqətləri danışmır.

MÜƏLLİM: Bir çoxu öz mənfəətini fikirləşib Allahın ayələrini gizlədir. Onların günahı çox böyükdür. Allah təala bu kimi insanlarla əlaqədar olaraq belə deyir:

“Aydınlaşdırıcı və doğrunu göstərən olaraq nazil etdiyimiz ayələri bu kitabda insanlara izah etməyimizdən sonra gizlədənlər var ha, bax, Allah onlara lənət edir. Lənət edənlər də onları lənətləyir.” (Bəqərə, 2/159)

HACI: Aman Allah! Nə qədər də ağır bir günahdır bu! Mən də bəzi hallarda bu günahı edirəm. Deməli, dərhal tövbə etməliyəm.

MÜƏLLİM: Tövbə kifayət deyil. Gedib vaxtilə aydınlaşdırmadığın şəxslərə izah da etməlisən. Yuxarıda qeyd etdiyim ayədən sonra belə buyurulur:

“Tövbə edib özünü düzəldən və onları izah edənlər başqadır. Onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edirəm, ikramım boldur.” (Bəqərə, 2/160)

HACI: Deməli, tövbənin qəbul olunmağı üçün gizlədilən ayələri izah etmək lazım imiş. Bəzi insanlar ömür boyu həqiqətləri demək istəmirlər. Bəs onların halı nə olacaq?

MÜƏLLİM: Əgər tövbə etməmiş ölsələr, aşağıdakı ayələrin əhatəsinə daxil olurlar:

“Ayələrimizi gizlədən və bu halda ölənləri Allah, mələkləri və bütün insanlar lənətləyəcəklər. Onlar daimi olaraq lənətdə qalacaqlar, nə əzabları yüngülləşdiriləcək, nə də buna fasilə veriləcək.” (Bəqərə, 2/161-162)

HACI: Müəllim, bu nə qədər böyük bir məsuliyyətdir… Mən bunları heç bilmirdim.

MÜƏLLİM: Quranın mənasını oxumasan, haradan biləcəksən? Sən dünyanın ən yaxşı Quran hafizi olsan belə, mənasını bilmədən kimə nə izah edə bilərsən? Allah belə buyurur:

“Biz hər elçini öz xalqının dili ilə göndərdik ki, onlara açıq-aydın izah etsin. Bundan sonra Allah azğınlığa çalışanı azğın hesab edər, hidayətə çalışanı da yoluna qəbul edər. güclü olan O, düzgün qərar verən Odur.” (İbrahim, 14/4)

Quranın Ərəb dilində olmağının səbəbi peyğəmbərimizin göndərildiyi cəmiyyətin o dili danışmağıdır. Əlavə olaraq, o, təkcə Ərəblərə deyil, bütün bəşəriyyətə elçi olaraq göndərilib. Bununla bağlı bir ayə belədir:

“Səni bütün insanlara müjdə verən və xəbərdarlıqlar edən bir elçi kimi göndərdik. Ancaq insanların əksəriyyəti bunu bilmir.” (Səba, 34/28)

Odur ki, Quran ayələri bir insana öz dili ilə izah edilməsə, ilahi təbliğ ona çatmamış olur. Əlavə olaraq, hər bir müsəlman Quranı başa düşüb izah etmək üçün öz dilində Quran məal-tərcüməsini oxumalıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
18.720 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Rəsulullaha verilən hikmət, Quranı izah etmək səlahiyyətidirmi? 05.12.16 889 dəfə oxundu
2 Tövhid 24.09.16 1.798 dəfə oxundu
3 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.538 dəfə oxundu
4 Ölüyə Quran tapşırmaq 11.03.11 13.854 dəfə oxundu
5 Qurani-Kərimin xüsusiyyəti 15.03.11 9.599 dəfə oxundu
6 Quran və müsəlmanlar 29.01.10 4.370 dəfə oxundu
7 Nəsx və izahı 26.05.10 3.662 dəfə oxundu
8 Quranda əşyaların dili 04.07.11 13.890 dəfə oxundu
9 Quranı öyrənmənin üsulu 16.12.15 3.918 dəfə oxundu
10 Quranın ecazı 21.11.11 8.993 dəfə oxundu
11 Quranı başa düşərək oxumaq 05.08.12 18.720 dəfə oxundu
12 Hikmət 09.01.16 2.841 dəfə oxundu