Müsəlmanlar
Şafei məzhəbində qəza orucunun fidyəsi nə qədərdir?

Şafei məzhəbində qəza orucunun fidyəsi nə qədərdir?

Sual: Elmihal kitabında qeyd edilir ki, Şafei məzhəbinə əsasən oruc qəzaya qaldığı vaxt və gələn ramazan ayında tutulduqda həm qəza orucu tutmaq, həm də fitrə vermək lazımdır. Amma fitrənin miqdarı bilidirilmir. Xahiş edirəm, bu barədə məlumat verəsiniz.

Cavab: Şafei məzhəbinə görə qəza orucu tutanlar hər gün üçün 1 müd fitrə verməlidirlər. Bir müd təxminən 675 qr buğda, arpa və düyü kimi camaatın çox istifadə etdiyi ərzaq məhsullarıdır.

Şafei məshəbinə əsasən boynunda qəza orucu olan şəxs bir sonrakı ramazana qədər orucunu qəza etməsə, ramazandan sonra qəza orucu tutmalıdır.  Hər gün üçün 1 müd, üstündən 2 il keçsə, hər gün 2 müd, 3 il keçsə, 3 müd fitrə verməlidir. Beləliklə üstündən neçə il keçsə, o günü qəza etməklə yanaşı, tutmadığı il qədər fitrə verməlidir. Məsələn, tutaq ki, qəzaya qalan bir günlük oruc 20 ildən sonra tutulacaq.  Qəza sahibi 1 gün oruc tutmalı və 20 müd də fitrə verməlidir. ((Ətraflı məlumat üçün baxın: Halil Günenç, Büyük Şafii İlmihali, Hilal nəşriyyatı, əlavəli 2-ci nəşr, s. 223.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.