Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Məhrəm-naməhrəm > Zina Tarix: 29 Şubat 2012 Tövsiyə et Çap et
Sual: Qonşuluğumuzda bir qız var. Bir oğlanla eyni evdə qalır. Evli deyillər. Bu nə dərəcədə düzdür? Bəs bu vəziyyəti bilə-bilə onlara ev verməyin hökmü nədir?

Cavab: Həzrəti Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

– Sizə (yanında məhrəmi olmayan) qadınların yanına getməyi qadağan edirəm.

Bu sözdən sonra Ənsardan bir nəfər soruşdu:

– Ey Allahın elçisi! Bəs (ərin ataları və oğullarından başqa o biri) kişi qohumları necə?

Rəsulullah cavab verdi:

– Onlarla xəlvət (təkbaşına qalmaq, xəlvəti yerdə qalmaq) ölümdür.1

Allah Təala Quranda qadınlarla əlaqədar olaraq belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Buna əsasən bir qadın təkcə yuxarıda qeyd edilən kişilərin yanında otura və başını aça bilər. Bu sadalananların xaricində qalanlar qohum olsalar da, yad hesab olunurlar. Qadın o kişilərin yanında məhrəm yerlərini aça bilməz. Eləcə də, onlarla qapalı bir yerdə qətiyyən təkbaşına qala bilməz. Ancaq onlarla ümumi yerlərdə danışmağı, salamlaşmağı qadağan deyil. Bu şəxslərin yanında hicabla dayana bilər.

Müsəlmanlar haramlardan uzaq durmalıdırlar. Eynilə bunun kimi, insanı harama aparan yollardan da uzaq durmalıdırlar. Allah Təala xüsusilə böyük günahları haram etdikdə: “Onlara yaxınlaşmayın!”, “Onlardan uzaq durun!” deyib.

Quranda zina ilə əlaqədar olaraq belə deyilir:

“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. (İsra, 17/32.)

Yaxınlaşmamaq, yəni, uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Fitnə-fəsada aparan vasitə və yollar İslam dinində qadağandır. Müsəlman insan belə şeylərə xüsusi fikir verməlidir.

http://www.muselmanlar.com/fitvalar/3416.html

3-cü bir şəxsin bilə-bilə öz evini bu kimi şəxslərə verməyi də onların günahına şərait yaratmaq və zəmin hazırlamaq deməkdir. Elə isə bu da günahdır, günaha dəstək olmaqdır. Allah bu məsələ ilə bağlı olaraq belə deyir:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır.” (Nisa, 4/85)

“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və həddi aşmaqda bir-birinizə köməkçi olmayın.” (Maidə, 5/2)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Nikah, 112; Müslim, Salam, 8/2171. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
6.689 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 5.102 dəfə oxundu
2 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.803 dəfə oxundu
3 Zina kəbini pozur? 30.11.10 11.117 dəfə oxundu
4 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.988 dəfə oxundu
5 İslamda zorlamağın cəzası 19.01.11 4.723 dəfə oxundu
6 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.503 dəfə oxundu
7 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.432 dəfə oxundu
8 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.974 dəfə oxundu
9 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.835 dəfə oxundu
10 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 926 dəfə oxundu
11 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.915 dəfə oxundu
12 Zorlanan qadına günah yazılır? 26.03.11 5.567 dəfə oxundu
13 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.935 dəfə oxundu
14 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 12.507 dəfə oxundu
15 Zina edən kafir olur? 02.05.11 6.900 dəfə oxundu
16 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 435 dəfə oxundu
17 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 4.077 dəfə oxundu
18 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.316 dəfə oxundu
19 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 4.409 dəfə oxundu
20 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 8.811 dəfə oxundu
21 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.546 dəfə oxundu
22 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.807 dəfə oxundu
23 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 6.384 dəfə oxundu
24 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.689 dəfə oxundu
25 Flirt də zinadır? 12.04.10 6.578 dəfə oxundu
26 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.926 dəfə oxundu
27 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 12.226 dəfə oxundu
28 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.575 dəfə oxundu
29 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 4.017 dəfə oxundu
30 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 9.293 dəfə oxundu
31 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.587 dəfə oxundu
32 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.897 dəfə oxundu
33 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.270 dəfə oxundu
34 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 7.399 dəfə oxundu