Müsəlmanlar
Şəriət

Şəriət

Sual: Şəriət nə deməkdir? Dini ədəbiyyatda bu sözə tez-tez rast gəlmək olur. Quranda da var? Xahiş edirəm, bu barədə məlumat verin.

Cavab: Şəriət (شريعة) sözünün Ərəb dilindəki lüğəvi mənası su içilən yerə (su mənbəyi) gedən yolgedilməli olan açıq yol deməkdir.

Şəriət sözü Quranda təkcə bir yerdə – Casiyə surəsinin 18-ci ayəsində var. Müxtəlif versiyaları isə Maidə surəsinin 48-ci və Şura surəsinin 13 və 21-ci ayələrindədir.

Şəriət dini bir termin-istilah kimi aşağıdakı mənanı verir:

Allah tərəfindən peyğəmbərinin vasitəsilə bildirilən hökmlərin məcmuyunu əhatə edən ilahi qanun.

Bu sözün cəm forması şəraidir. Şəraə (شرع) feli də bu qaydada qanun qoymağı ifadə edir.

Şəriət əsas etibarilə vəhylə sabit olan əqidə, əxlaq və əməllərlə əlaqədar bütün hökmləri əhatə edir. Bu mənada şəriət sözünün din sözünün sinonimi olduğunu da demək mümkündür.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün müstəqil tədqiqat yazıları və məqalələrə, eləcə də, Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((38-ci cild, İstanbul, 2010, s. 571-577. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.