Quranda sübh namazının vaxtı
Müsəlmanlar > Fitvalar > Namaz vaxtları Tarix: 11 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Siz deyirsiniz ki, sübh namazının vaxtı aydınlığın çoxaldığı vaxt başlayır və gün çıxdığı vaxt başa çatır. Gəlin, buna bu gün üçün bir misal verək: Sübh namazı saat 06:25-də başlayır və vaxtı saat 07:15-də çıxır. Görəsən, sübh namazını bu qədər qısa vaxta sığışdırmaq mümkündür? Xahiş edirəm, ancaq Qurandan misallar verin və bu məsələni izah edin.

Cavab: Sübh (səhər) namazının vaxtı səhər tezdən günəşdən xaric olan şüaların şərq üfüqündə çoxalması nəticəsində, həmin tərəfdə göylə yerin adi gözlə açıq-aşkar formada görülə biləcək şəkildə ağarmağa başlayan və günün çıxmağına qədər davam edən vaxtdır.

Quranda belə deyilir:

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

“Namazı günəşin qərbə meyl etdiyi vaxtdan gecənin qaralmağına qədər, bir də fəcrdəki (sübh çağı) aydınlaşma vaxtı qıl. Fəcrdəki aydınlıq gözlə müşahidə olunur və dərk edilir”. (İsra, 17/78)

Fəcrdəki aydınlaşma kimi tərcümə etdiyimiz قُرْآنَ الْفَجْر ifadəsindəki قرآن (quran) sözü Ərəb dilində toplamaq, yığmaq və yığışmaq mənalarını verir. İnsanların topa halda yerləşib yaşadıqları yeri bildirmək üçün də eyni kökdən əmələ gələn qəryə القَرْية sözü işlədilir.1

قَرَأتُ الشيء قرآنا sözü “bir şeyi topladım və birini digərinə əlavə etdim” deməkdir. “قرأت الكتاب قراءة وقرآنا Kitabı oxudum” sözü də eyni mənadadır. Çünki oxumaq sözləri bir yerə cəm edib birini digərinə əlavə etməklə olur. Allah axırıncı kitabına Quran adını verib. Çünki nazil etdiyi bütün ayələr onda toplanıb.

Ayədəki fəcr (الْفَجْرِ) sözü günəşdən yayılan şüaların göylə yeri ayırmağa başladığı vaxt dan yerinin ağardığı zaman deməkdir.

Məşhud (مشهود)  sözü də şəhadət kökündən əmələ gəlib və ismi-məful qəlibindədir. Şəhadət bir şeyi gözlə görmək və dərk etmək deməkdir. Dan yerini ağardan ayıdnlıq adi gözlə açıq-aydın müşahidə olunduğuna görə bu cür səciyyələndirilib.

Sübh namazı məhz bu vaxtda qılınır. Başqa bir Quran ayəsində bu vaxt “Günəş çıxmamışdan qabaqkı vaxt kimi قَبْلَ طُلُوعِ الشَّمْسِ” (Taha 20/130) ifadə olunub. Bu vaxtın uzunluğunun neçə saat və ya dəqiqə olmağı mühüm deyil.

  1. Mənbə: Mucəmu məqayisi-l-lüğə. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
40.783 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.334 dəfə oxundu
2 Namaz vaxtıyla əlaqədar Fəcr və Fələq sözləri eyni mənanı daşıyır? 13.09.12 2.958 dəfə oxundu
3 Qaranlıq düşdüyü vaxt xüftən namazının vaxtı çıxır? 08.04.10 4.153 dəfə oxundu
4 Axşam namazını xüftənin vaxtında birləşdirmək olar? 09.11.13 2.634 dəfə oxundu
5 Quranda namazların səsli ya da səssiz oxunması barədə ayə var? 30.12.14 2.580 dəfə oxundu
6 Namazda əlin vəziyyəti (!) 07.02.15 3.748 dəfə oxundu
7 Namaz üstündə vaxt çıxsa, namaz batil olur? 01.05.10 2.940 dəfə oxundu
8 Bilə-bilə namazlarını tərk edən adamın hökmü nədir? 07.10.15 1.879 dəfə oxundu
9 Quranda namaz vaxtları 10.09.14 6.819 dəfə oxundu
10 İşlədiyim yerdə namaz qılmağa, oruc tutmağa şərait olmur. Mən nə etməliyəm? 07.07.15 1.635 dəfə oxundu
11 Namazı əzan oxunan kimi qılmaq lazımdır? 21.12.10 10.059 dəfə oxundu
12 Heçbir bəhanə olmadan namazların birləşdirilməsi caizdirmi? 19.08.16 733 dəfə oxundu
13 Xüftən namazının vaxtı nə vaxt çıxır? 11.01.11 3.110 dəfə oxundu
14 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 1.364 dəfə oxundu
15 Quranda sübh namazının vaxtı 11.01.11 40.783 dəfə oxundu
16 Pilot və stüardessa (sahibə) hər uçuşda səfəri hökmündədir? 31.10.16 309 dəfə oxundu
17 Sübh namazını imsakdan əvvəl qılmaq olar? 12.01.11 3.701 dəfə oxundu
18 Səfəri olan biri 2-ci rükətin axırında muqim imamdan ayrıla bilərmi 07.11.16 314 dəfə oxundu
19 Sübh namazını əzan oxunan kimi qılmaq olar? 12.01.11 5.269 dəfə oxundu
20 Qorxu halında axşam namazı qısaltılaraq necə qılınır? 11.11.16 388 dəfə oxundu
21 Keçirdiyimiz sübh namazını məkruh vaxtda qıla bilərik? 26.05.11 3.461 dəfə oxundu
22 Sünnət namazları bəzi hallarda tərk edilə bilər? 20.02.17 47 dəfə oxundu
23 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 2.726 dəfə oxundu
24 Vitr namazının vaxtı 09.09.11 3.409 dəfə oxundu
25 Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur? 02.01.16 868 dəfə oxundu
26 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.044 dəfə oxundu
27 Sübh namazı gecə namazıdır, yoxsa gündüz namazı? 09.03.10 3.548 dəfə oxundu
28 Fey-i-zaval 03.03.12 1.361 dəfə oxundu
29 Nisə surəsinin 102-ci ayəsi namazların birləşdirilməsinə mane deyilmi? 09.10.15 1.322 dəfə oxundu
30 Xüftən namazının vaxtı 29.07.12 5.052 dəfə oxundu