Sədəqə vermək ömrü uzadır?
Müsəlmanlar > Fitvalar > Hədis Tarix: 03 may 2010 Tövsiyə et Çap et
Sual: Bir hədisdə deyilir ki, sədəqə vermək ömrü uzadır. Bu hədis səhihdir? Əgər mötəbər hədisdirsə, ömrün uzanmağını necə başa düşmək lazımdır?

Cavab: Allah Qurani-Kərimdə Nuh peyğəmbərin qövmünün hekayətindən bəhs edərkən belə buyurur:

Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik (və dedik): “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!

O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!

Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

(Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək (əcəli-müsəmma) möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”.1

Əcəli-müsəmma ifadəsi ilə insanın Allah tərəfindən müəyyən edilən əcəli nəzərdə tutulur. Ayəyə əsasən Nuh peyğəmbər öz qövmünü onlara əzab gəlməmişdən qabaq Allah yoluna qayıtmaqları barədə xəbərdar edir. Deməli, əgər Allahın yoluna qayıtmasalar, əzab gələcək və əvvəlcə onlar üçün müəyyən olunan əcələ çatmamış həyatları yenə Allah tərəfindən sona çatdırılacaq. Bu və bunun kimi bir çox ayədən məlum olur ki, Allahın əmr etdiyi şeylər yerinə yetirilmədiyi təqdirdə Allah insana verdiyi əcəli qısaldır. Əgər insan Allahın buyuruqlarına əməl etsə, necə deyərlər, Allahı bir növ razı etsə, haqqında yazılan əcəli-müsəmmaya qədər yaşayar.

Peyğəmbərimiz (s. a. v.) bir hədisində buyurur ki, sədəqə bəlaları dəf edir. Sədəqə verməklə Allahın razı olduğu işləri görən, Onun qadağan etdiyi işlərdən uzaq duran insan Allahın əzabından da xilas olur, əmin-amanlığa çıxır. Yəni, özü üçün müəyyən edilmiş əcəlinə qədər yaşamağa davam edir. Sizin qeyd etdiyiniz hədis də belə qiymətləndirilməlidir: “Sədəqə vermək ömrü uzadır”. Yəni, ömrü qısaldan hərəkətlərin əksinə, insana verilmiş ömrü axıradək yaşamaq imkanı verir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Nuh, 71/1-4. “Ə. M.”. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 836 dəfə oxundu
2 Zəmanənin imamına beyət etmək 03.03.10 593 dəfə oxundu
3 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 278 dəfə oxundu
4 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 415 dəfə oxundu
5 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 677 dəfə oxundu
6 Dünya möminlərə zindan, kafirlərə də cənnətdir? 17.05.11 189 dəfə oxundu
7 “Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir? 16.02.10 305 dəfə oxundu
8 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 199 dəfə oxundu
9 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 497 dəfə oxundu
10 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 364 dəfə oxundu
11 Hədislərə əsasən insanların ən xeyirlisi kimdir? 06.04.10 294 dəfə oxundu
12 Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir? 03.05.10 252 dəfə oxundu
13 Sədəqə vermək ömrü uzadır? 03.05.10 333 dəfə oxundu
14 Lovğaya qarşı lovğalıq etmək lazımdır? 20.06.11 247 dəfə oxundu
15 “Namaz möminin meracıdır” sözü hədisdir? 11.07.10 308 dəfə oxundu
16 “Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir? 29.11.10 404 dəfə oxundu
17 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 219 dəfə oxundu
18 Toy gecəsi bəy gəlinin ayağını yumalıdır? 20.11.10 843 dəfə oxundu
19 İnsanın ev, paltar, çörək və sudan başqa bir şeyə haqqı var? 22.01.11 252 dəfə oxundu
20 “Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir? 23.01.11 297 dəfə oxundu
21 Üzüqoylu yatmaq 19.06.10 556 dəfə oxundu
22 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 704 dəfə oxundu
23 Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur? 10.02.11 434 dəfə oxundu
24 Şəvval orucu 29.06.09 746 dəfə oxundu
25 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 276 dəfə oxundu
26 Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır? 22.02.11 212 dəfə oxundu
27 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 424 dəfə oxundu
28 Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür? 08.03.11 201 dəfə oxundu
29 Hədislər olmasa, Quranı başa düşmək olmaz? 13.03.11 232 dəfə oxundu
30 Məscidə getməyənlərin evi yandırılmalıdır? 15.03.11 296 dəfə oxundu
31 “Cənnət anaların ayaqlarının altındadır” mövzu hədisdir? 31.03.11 239 dəfə oxundu
32 Axır zəmanədə az ibadət edən xilas olacaq? 05.04.11 201 dəfə oxundu
33 “Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir? 16.06.11 202 dəfə oxundu
34 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 271 dəfə oxundu
35 “Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var? 11.07.11 182 dəfə oxundu
36 “Məni sevən bəlaya düçar olar” formasında bir hədis var? 06.09.11 206 dəfə oxundu
37 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 157 dəfə oxundu
38 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 152 dəfə oxundu
39 Quran və hədis proqramı olan aparatla ayaqyoluna girmək olar? 24.01.12 130 dəfə oxundu