Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər?
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə > Qumar Tarix: 08 mart 2010 Tövsiyə et Çap et
Sual: Keçən il bir qəzet öz abunələrindən 100 nəfəri Ömrə ziyarəti üçün Səudiyyə Ərəbistanına apardı. O vaxt Ömrəyə gedənlər püşkatma yolu ilə müəyyənləşdirildilər. Kim 49 kupon yığıbsa, həmin püşkatmada iştirak etmək hüququ qazandı. Sualım belədir: Bu və bu kimi məsələlər dini baxımdan necə qiymətləndirilir?

Cavab: Əgər oxucu o kuponlar üçün əlavə bir şey ödəmirsə, yəni, sadəcə olaraq qəzet pulunu ödəyirsə, bu məsələdə bir problem qalmır. Ömrəyə gedən 100 nəfərin püşkatma yolu ilə müəyyən edilməsi bu işi bəxt (şans) oyunları halına gətirmək demək deyil. Amma əgər qəzet pulundan əlavə bir məbləğ ödəmək tələb olunursa, o halda bu iş qumar hesab edilir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 499 dəfə oxundu
2 İslam dinində bəxt oyunlarına necə baxılır? 04.08.09 574 dəfə oxundu
3 Qumar məqsədi güdmədən oyun oynamaq 04.08.09 1.302 dəfə oxundu
4 Həvəsləndirmə kampaniyaları, lotereya biletləri və qumar 04.08.09 522 dəfə oxundu
5 Həftəlik və ya aylıq qızıl günü keçirmək olar? 30.09.11 158 dəfə oxundu
6 Borcları ödəmək üçün şans oyunları oynamaq olar? 13.03.10 431 dəfə oxundu
7 Lotereya oynamaq olar, yoxsa yox? 25.02.11 409 dəfə oxundu
8 Bukmeker şirkətlərinin nöqsanlarından istifadə edib pul qazanmaq olar? 25.06.11 229 dəfə oxundu
9 Uduş məqsədilə oyun oynamaq qumardır? 29.09.11 201 dəfə oxundu
10 Pay verilən lotereyanı nə etmək lazımdır? 27.12.11 104 dəfə oxundu