Müsəlmanlar
Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir?

Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir?

Sual: Deyilənə görə, təriqətlərdə tövbə almaq kimi bir mərasim həyata keçirilir. Bu nə dərəcədə düzgün bir şeydir? İslam dininə uyğundur?

Cavab: Tövbə almaq olmur, tövbə etmək olur. Başqa sözlə desək, tövbəni almırlar, tövbə edirlər. Tövbənin mənası qayıtmaq, dönmək, günahı tərk edib doğru yola qayıtmaq deməkdir. Bu məsələdə insan səmimiyyətlə Allaha söz verir və həyatda özü üçün yeni bir səhifə açır. O vaxtadək etdiyi günahlara görə də Allahdan bağışlanmaq diləyir.

Tövbənin necə ediləcəyini bir müəllimdən öyrənmək mümkündür. Birlikdə də tövbə etmək olar. İnsan öz tövbəsinə başqalarını şahid də tuta bilər. Ancaq bunu “tövbə almaq mərasimi”nə çevirmək düzgün deyil. Belə bir mərasim tövbədən çox xristianların günah çıxartmaq mərasimini xatırladır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.