Namaz Allahın öz bəndələrinə fərz (vacib) qıldığı bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Allah insanların bu ibadəti asanlıqla yerinə yetirməyi üçün necə deyərlər, bir sıra asanlaşdırmalar aparmışdır. Məsələn, səfər vaxtı bəzi namazların rükət sayının qısaldılması, günorta və ikindi namazlarının, eləcə də axşam və gecə namazlarının birləşdirilərək qılınması kimi. Namazların səfər vaxtı birləşdirilməsinə icazə verildiyi kimi muqimlikdə (oturaq vaxtı, insanın səfərdə olmadığı vaxtlar) də icazə verilir.
Odur ki, sizin haqqında danışdığınız insanlar da namazlarını öz iş yerlərində birləşdirib qıla bilərlər. Məsələn, nahar fasiləsində günorta və ikindi namazlarını birləşdirib qılmaq mümkündür. Bir işçi öz iş yerində neçə namaz vaxtı qalır? Ümumiyyətlə günorta və ikindi namazlarını qılmaqda çətinlik çəkirlər. Bu çətinlik verilən fasilə və aralarda günorta və ikindi namazlarını birləşdirərək qılmaqla aradan qaldırıla bilər. Belə hallarda namazların ancaq fərzlərini qılmaq kifayətdir.
Gecə növbəsində işləyən bir şəxs işlədiyi yerdə axşam namazını qılmağa imkan tapmasa, onu da gecə namazıyla birləşdirib qıla bilər. Bu iki namazı həm axşam namazının, həm də gecə namazının vaxtında birləşdirə bilər. Belə hallarda da namazların ancaq fərzlərini qılmaq kifayətdir. Yəni, namazı heç bir şəkildə tərk etmək olmaz. İnsan ac qalmamaq üçün işləməyə möhtac olduğu kimi ruhunun ac qalmamağı üçün də ibadət etməyə möhtacdır.
Cümə namazına gəlincə, bu insanlar Cümə namazı qılmaq üçün əllərindən gələni etməlidirlər. Bütün yolları sınadıqlarına baxmayaraq Cümə namazı qıla bilmirlərsə, digər günlərdə olduğu kimi günorta namazını qılmalıdırlar.
Etiketlər: gecə növbəsində işləmək, iş yerində namaz qıla bilməmək, iş yerində namaz qılmaq, muqim, namaz üçün icazə almaq, namazın vacibini qılmaq, namazın vaxtını keçirmək, namazları birləşdirmək, Norveçdəki müsəlmanlar, səfər vaxtı namaz
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? | 04.03.10 | 35 dəfə oxundu |
| 2 | Qadınlar namazı kişilərdən fərqli qılırlar? | 06.08.09 | 159 dəfə oxundu |
| 3 | Camaat namazında cərgələr və qabaq səfdən arxa cərgəyə çəkilmək | 14.01.10 | 49 dəfə oxundu |
| 4 | Qaranlıqda namaz qılmaq məkruhdur? | 16.01.10 | 78 dəfə oxundu |
| 5 | Namazda İbrahim peyğəmbərə niyə dua edirik? | 22.01.10 | 66 dəfə oxundu |
| 6 | Kor bir adam namazda başqalarına imamlıq edə bilər? | 06.02.10 | 52 dəfə oxundu |
| 7 | İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır? | 06.02.10 | 74 dəfə oxundu |
| 8 | İçki olan bir otaqda namaz qılmaq olar? | 07.02.10 | 95 dəfə oxundu |
| 9 | Səhv tərəfə qılınan namaz səhihdir? | 07.02.10 | 49 dəfə oxundu |
| 10 | Bir ata öz oğlunun evində səfəri olar? | 07.02.10 | 43 dəfə oxundu |
| 11 | Hamilə qadınlar necə namaz qılmalıdırlar? | 07.02.10 | 62 dəfə oxundu |