Müsəlmanlar
Kor bir adam namazda başqalarına imamlıq edə bilər?

Kor bir adam namazda başqalarına imamlıq edə bilər?

Sual: Lazımi qədər bilik və qabiliyyəti olan, amma görmək qabiliyyətindən məhrum olan (kor) bir şəxsin namaz qıldırmağına hər hansı bir maneə var? Bu barədə nə deyərdiniz?

Cavab: İmamlıq etməyə (pişnamaz olmaq) bilik və qabiliyyəti çatan, ancaq gözləri görməyən bir insanın imamlıq etməyində bir qüsur filan yoxdur. Peyğəmbərimiz (s. a. v.) Mədinədən kənara çıxdığı vaxtlarda öz yerinə vəkil və imam kimi kor bir əshabə olan Abdulla İbn Ümmi Məktumu təyin edirdi.

Bəzi Hənəfi fəqihləri korların imamlıq edib namaz qıldırmaqlarını məkruh hesab edirlər. Onlar bunun səbəbini korların gözləri görmədiyinə görə pal-paltarlarını təmiz saxlaya bilməyəcəkləri ehtimalı ilə izah edirlər.

Şafii məzhəbinə əsasən imamlıq məsələsində gözləri görənlə görməyən arasında hər hansı bir fərq yoxdur. Maliki və Hənbəli məzhəbləri də kor bir insanın imamlıq etməyini caiz hesab edir; ancaq təmizliyə lazımi qədər diqqət yetirməsi baxımından sağlam şəxsin imamlıq etməyinə üstünlük verir. ((Ahmet Özel, “A’mâ” bəndi, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, İstanbul, 1989, II cild, s. 554.))

Deməli, pal-paltarında namaz qılmağa maneçilik törədən bir natəmizlik olmayan və imamlıq bilik və qabiliyyətinə malik olan kor insanların imamlıq edib namaz qıldırmaqlarında heç bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.