Cavab: Bir kişi öz arvadı ilə onun aybaşı halı qurtarmadan cinsi əlaqədə olsa, günahkar olur. Ona görə də tövbə edib Allahdan bağışlanmağını diləməlidir. Bununla yanaşı, onun kasıb müsəlmanlara bir və yaxud yarım dinar (4,25 qram qızıl) sədəqə verməyi məsləhət görülür.
Abdulla ibn Abbasın (r. a.) rəvayət etdiyinə görə peyğəmbər (s. a. v.) xanımı ilə heyzli halda cinsi əlaqəyə girən şəxs haqqında belə buyurub:
“O şəxs bir, yaxud da yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, Nikah, 46-47.)
“Bir şəxs arvadına heyz qanının axmağa başladığı vaxt yaxınlaşsa, bir dinar, qan kəsildikdə isə arvadı yuyunmadan yaxınlaşsa, yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, yenə orada.)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: aybaşı qanı, aybaşı vaxtı cinsi əlaqə, aybaşı və seks, aybaşılı qadınla cinsi əlaqə, bir dinar, heyzli halda cinsi əlaqə, heyzli qadınla cinsi yaxınlıq, menstruasiya periodunda seks, menstruasiya və seks