Əgər bir insan həkimdirsə, ən yaxşı həkim olmağa çalışmalıdır?
Müsəlmanlar > Fitvalar > İş həyatı Tarix: 06 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Biz gördüyümüz dünya işlərində ən yüksək səviyyəyə çatmalıyıq? Bunun üçün çalışmalıyıq? Misal üçün, əgər bizim peşəmiz həkimlikdirsə, çalışmalıyıq ki, dünya miqyasında ən yaxşı həkim olaq? Bunun üçün etdiyimiz cidd-cəhdin Allah məqamında bir qiyməti var? Varsa, nədən ibarətdir?

Cavab: Gördüyümüz iş dinə zidd bir cəhəti olmamaq şərti ilə nə olursa olsun, o işin ən mühüm mütəxəssisi olmağımız lazımdır. Qurani-Kərimin bir ayəsində belə deyilir:

“De: “Mənim duam, ibadətim, yaşamağım və ölümüm varlıqların sahibi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən belə buyuruq aldım. Mən müsəlmanların ən qabaqda olanıyam” (Ənam, 6/162-163).

Bu ayəyə əsasən hər bir müsəlman iman, ibadət və iş məsələlərində, eləcə də, ailə həyatında, ictimai həyatda, qısa desək, bütün sahələrdə necə deyərlər, birinci yeri tutmalıdır.

Allah Təala Quranın bir neçə ayəsində xeyirli (faydalı) işlərdə yarışmağı əmr etmiş (Ali-İmran, 3/133; Maidə, 5/48; Hədid, 57/21) və bu yarışda fəal olan bəndələrindən bir növ fəxrlə bəhs etmişdir (Ali-İmran, 3/114; Ənbiya, 21/90). Allah həmin bəndələrinə bu cür dua etməyi tövsiyə etmişdir:

“Və o bəndələr: “Ey Rəbbimiz, bizə gözümüzü açacaq həyat yoldaşları və oğul-uşaqlar bağışla. Və bizi təqva sahiblərinə rəhbər et”, – deyərlər” (Furqan, 25/74).

Yarış və müsabiqələr bir yer tutmaq, daha doğrusu, əslində birinci yeri tutmaq üçün keçirilir. Müsəlmanın gördüyü hər iş faydalı olmalıdır. Ona görə də hər sahədə birinci olmaq müsəlmanın vacib bir məqsədinə çevrilməlidir.

Şəddad ibn Övsdən nəql olunan bir rəvayətə əsasən peyğəmbərimiz (s. a. v.) belə buyurub:

“Allah Təala hər şeydə yaxşılıq və gözəlliyi (ehsan) əmr edib. Elə isə öldürülməyə layiq olan bir şəxsi öldürdüyünüz vaxt öldürməyi belə, yaxşı qaydada həyata keçirin. Əgər heyvan kəssəniz, onu yaxşı qaydada kəsin. Bıçağınızı itiləyin və heyvana əziyyət verməyin. Onu rahat kəsin” (Müslim, Sayd (Ov), 57; İbn Macə, Zəbaih, 3; Əbu Davud, Ədahi (Qurbanlar), 11; Tirmizi, Diyat, 14; Nəsai, Dəhaya, 22, 26, 37; Əhməd ibn Hənbəl, 4/123, 124, 125).

Döyüş meydanında düşmənini öldürdüyü vaxt və yaxud heyvan kəsdiyi zaman belə, bunları ən yaxşı qaydada həyata keçirməyi məsləhət görən bir dinin həmin dinə mənsub olanların qarşısında həyatın bütün sahələrində birinci olmaqlarını məqsəd qoymasından təbii bir şey ola bilər?

Əlavə olaraq dində belə bir qayda da var. Beli ki, bizə digər dinlərin mənsubu olan insanlarla da bu məsələdə yarışmağımız deyilir. Quranda bu barədə belə buyurulur:

“Hər kəsin bir məqsədi var; O, öz məqsədinə tərəf gedir. Siz yaxşılıqlarda yarışın. Harada olursunuzsa, olun, Allah sizi bir yerə cəm edəcək. Allah hər şeyə bir ölçü qoyandır” (Bəqərə, 2/148)

Dünya malı qazandıqda əsl məqsəd möhtac olanlara daha çox kömək göstərmək olmalıdır. Allah Təala bu kimi şəxslərin öz umduqlarını tapacaqlarını bildirir:

“Onlar (umduqlarını tapanlar, arzu etdiklərinə qovuşanlar) zəkat üçün çalışanlardır” (Muminun, 23/4).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Turistlərlə alverdən sonra halallaşmaq olar? 24.06.09 394 dəfə oxundu
2 Komissiya haqqı 29.06.09 340 dəfə oxundu
3 İşsizlik və müavinət 29.06.09 335 dəfə oxundu
4 Akvariumda balıq saxlamaq 29.06.09 552 dəfə oxundu
5 İşsizlik müavinəti 24.06.09 344 dəfə oxundu
6 Pensiya və əlavə iş 24.06.09 323 dəfə oxundu
7 Həkimlər müalicə edə bilmədikləri xəstədən pul ala bilərlər? 29.06.09 362 dəfə oxundu
8 Kassa çeki kəsməmək 24.06.09 957 dəfə oxundu
9 İnternet klub 26.06.09 592 dəfə oxundu
10 Çayxana və kafe 26.06.09 538 dəfə oxundu
11 İşdən qovulan insanların kompensasiya almaq hüquqları var? 08.03.10 332 dəfə oxundu
12 Bir müsəlman manekenliyi özünə peşə seçə bilər? 29.12.09 407 dəfə oxundu
13 Əgər bir insan həkimdirsə, ən yaxşı həkim olmağa çalışmalıdır? 06.01.10 392 dəfə oxundu
14 Tütün fabrikində işləmək günahdır? 19.03.10 325 dəfə oxundu
15 Şadlıq sarayı işlətmək dini cəhətdən düzgündür? 19.03.10 359 dəfə oxundu
16 Başqasının yerinə növbəyə çıxmaq dini cəhətdən düzgündür? 19.03.10 292 dəfə oxundu
17 Mənim bir qadın kimi qadın bərbəri işləməyim düzdür? 22.03.10 347 dəfə oxundu
18 Xaricdə qeyri-qanuni işləmək dini cəhətdən düzgündür? 22.03.10 270 dəfə oxundu
19 Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm? 15.04.10 823 dəfə oxundu
20 Bu rüşvətdir, yoxsa hədiyyə? 15.04.10 389 dəfə oxundu
21 Dövlət qulluqçularının aldıqları maaş halaldır? 20.04.10 457 dəfə oxundu
22 Bir müsəlman McDonalds kimi yerlərdə işləyə bilər? 10.05.10 369 dəfə oxundu
23 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 408 dəfə oxundu
24 Bir malın mənşəyini dəyişdirmək düzdür? 14.06.11 256 dəfə oxundu
25 Dində mühasib olmağa necə baxılır? 30.07.10 338 dəfə oxundu
26 Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır? 05.01.12 112 dəfə oxundu
27 Ziyana da şərik olmadan şəriklik etmək olar? 26.11.10 274 dəfə oxundu
28 Qızılı satan kimi aşağı qiymətlə təzədən almaq düzgündür? 17.12.10 446 dəfə oxundu
29 Şəriklərdən birinin öz mayasına təminat istəməyi düzdür? 14.01.11 206 dəfə oxundu
30 İçkili yerlərin sahiblərinin Qurana əsasən hökmü nədir? 25.09.11 192 dəfə oxundu
31 Qadın dükan işlədə bilər? 19.01.10 709 dəfə oxundu
32 Ətriyyat al-veri etmək olar? 24.01.11 307 dəfə oxundu
33 Al-verdə 100% qazanc götürmək halaldır? 01.02.11 404 dəfə oxundu
34 Arendada olan mağazanın bir tərəfini arendaya vermək olar? 04.02.11 304 dəfə oxundu
35 Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar? 11.02.11 325 dəfə oxundu
36 Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür? 14.02.11 278 dəfə oxundu
37 Faktorinq şirkətləri ilə işləmək düzdür? 29.04.11 231 dəfə oxundu
38 İşimə görə qadınlarla tək başına qala bilərəm? 30.04.11 241 dəfə oxundu
39 Cümə günü İslamda istirahət günüdür, yoxsa iş günü? 23.05.11 230 dəfə oxundu
40 Əmtəə birjasında iş görmək halaldır? 28.04.11 294 dəfə oxundu
41 İş yerində dinə zidd söhbətlər olduqda nə etmək lazımdır? 28.07.11 195 dəfə oxundu
42 Əks cinsi masaj eləmək olar? 21.09.11 325 dəfə oxundu
43 Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm? 26.09.11 170 dəfə oxundu
44 Ev alqı-satqısı ilə məşğul olmaq haramdır? 08.10.11 223 dəfə oxundu
45 Gecə növbəsində işləməyin dini cəhətdən bir eybi var? 20.10.11 129 dəfə oxundu
46 Həkim özəl xəstəxanaya göndərdiyi xəstələrin sayına görə pul ala bilər? 05.12.11 205 dəfə oxundu
47 Haqsız olanı haqlı çıxardan vəkil və hakimin o biri dünyada halı necə olacaq? 08.12.11 159 dəfə oxundu
48 Ruzi qazanmaq məsələsində insanın rolu nədən ibarətdir? 27.12.11 122 dəfə oxundu
49 İş yerində yeni il münasibətilə verilən sovqatı almaq düzdür? 30.12.11 127 dəfə oxundu
50 Alıcını bankdan kredit götürməyə istiqamətləndirmək olar? 03.01.12 126 dəfə oxundu
51 Öz xoşu ilə işdən çıxan şəxs müavinət ala bilər? 09.01.12 107 dəfə oxundu
52 Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır? 10.01.12 143 dəfə oxundu
53 Səhm alqı-satqısı ilə məşğul olmaq olar? 17.01.12 82 dəfə oxundu
54 Qiyməti qızışdırmaq halaldır? 01.02.12 92 dəfə oxundu
55 Faizlə işləyən bankla faizsiz iş görmək olar? 03.02.12 118 dəfə oxundu
56 Haram olan bir şeyi istehsal etmək və satmaq olar? 06.02.12 69 dəfə oxundu