Müsəlmanlar
Ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət edirmi?

Ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət edirmi?

Sual: Mən 6 aydır ki, evliyəm. Həyat yoldaşım bir firmada işləyir. Qurban kəsməyə imkanı var və kəsəcək də. Mənim isə özümə aid 120 qram qızılım var. Belə olan halda mən də qurban kəsməliyəm?

Cavab: Hənəfi məzhəbinə əsasən mükəlləflik şərtlərini daşıyan hər kəs qurban kəsməlidir. Alimlərin əksəriyyətinin fikrincə isə büdcələri eyni olan və eyni yerdə yaşayan ailə üzvlərindən birinin qurban kəsməsi qurban kəsmək öhdəliyini digər ailə üzvlərinin üzərindən götürür.

Əksəriyyət təşkil edən İslam hüququ mütəxəssislərinin mənimsədikləri ikinci fikir həm peyğəmbərin (ə. s.) şifahi şərhlərinə, həm də həyata keçirdiyi işləri əks etdirən bəzi hədislərə əsaslanır. “Ey insanlar, hər il hər ev əhlinə qurban kəsmək lazımdır”, – buyurmaqla qurbanın ailənin adından kəsilməsini bəyan edən peyğəmbər (ə. s.) qurban bayramında bir qoç kəsmiş və “Bismillah! Allahım, (bu qurbanı) Muhəmməddən, onun ev əhlindən və Muhəmməd ümmətindən qəbul et”, – deyə dua etmişdir. Eyni şəkildə mötəbər mənbələrdə bildirilir ki, peyğəmbər (ə. s.) xalis ağ, kök və buynuzlu iki qoçu birini öz ümmətindən qurban kəsməyənlər, digərini də özü və ailə üzvləri adından qurban kəsmişdir.

Siz də belə edib ailənizin adından bir qurban kəsə bilərsiniz.

Bu barədə aşağıdakı keçiddən ətraflı məlumat almaq olar:

http://www.muselmanlar.com/fitvalar/1712.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.