Müsəlmanlar

Borc götürüb qurban kəsmək dini cəhətdən düzgündür?

Sual: Biz təzə evlənmişik. 5 aydır. Evə ayın-oyun aldığımız vaxt xeyli borca düşdük. İndi mən özüm də, həyat yoldaşım da işlədiyimiz halda maaşımız bizə güc-bəla çatır. Qurban kəsməyə pulumuz yoxdur. Belə olan halda kredit, yaxud da borc götürüb qurban kəssək, olar?

Cavab: “Allaha yaxın olmaq, yəni, ibadət məqsədilə müəyyən bir vaxtda müəyyən növ heyvanları kəsmək” mənası verən qurban, kəsməyin bir insana vacib olması üçün o insanda müəyyən məbləğdə maddi imkanı olmalıdır. Yəni, insanın borcları və zəruri ehtiyacları xaricində əlində qurban alacaq əlavə miqdarda pulu varsa, o halda qurban kəsməlidir. Belə imkanı olmayanların qurban kəsməyi vacib deyil. Buna görə də özünüzü çətinliyə salmağa ehtiyac yoxdur.

Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.