Ailənin adından bir qurban
Müsəlmanlar > Fitvalar > Qurban > Tədqiqatlar Tarix: 26 fevral 2010 Tövsiyə et Çap et

QURBANIN AYRI-AYRI AİLƏ ÜZVLƏRİ, YAXUD DA ÜMUMİLİKDƏ AİLƏNİN ADINDAN KƏSİLMƏSİ MƏSƏLƏSİ ƏTRAFINDA MÜBAHİSƏLƏR1

Qurban kəsməyin vacib olduğunu bildirən İslam hüququ mütəxəssisləri eyni zamanda belə hesab edirlər ki, qurban ayrı-ayrı fərdlərə aid bir ibadətdir (eyni vacib). Qurban kəsməyin sünnə (müstəhəb) olduğunu irəli sürən bəzi alimlər (Əbu Yusif, v. 182/798 kimi) isə belə fikirdədirlər ki, bu ibadət eyni bir sünnədir. Bundan belə çıxır ki, ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət etmir; mükəlləflik şərtlərinin aid olduğu hər bir kəs qurban kəsməlidir.2

Qurban kəsməyin müəkkəd sünnə olması fikrini dəstəkləyən İmam Malikin (v. 179/795) fikrincə isə bir davar – dana və yaxud dəvəni insanın özü və şəri cəhətdən məişət və digər xərclərini (nəfəqə)3 ödəməli olduğu ailə üzvlərininin adından kəsməyi caizdir. Lakin onun bu fikri adlarından qurban kəsilən ailə üzvlərinin qurbanlıq heyvanın alınmasında iştirakı baxımından deyil, həmin insanın qurbanlıq heyvanı məhz öz adına satın almaqla haqqında danışılan ailə üzvlərini də buna şərik etməsi baxımından, yəni, savab cəhətindən belədir. Başqa sözlə desək, Maliki fəqihlərin fikrinə əsasən qurban kəsən şəxs niyyət etdiyi təqdirdə eyni qurbanın savabına onun özünün baxmalı-dolanışığını təmin etməli olduğu və birlikdə yaşadığı yaxınlarını da “qata bilər” və bu qurban onlar üçün kafi olar.4

İmam Malik bu fikri ilə yanaşı, maddi vəziyyəti yaxşı olan ayrı-ayrı ailə üzvlərinin hər birinin qurban kəsməyini daha münasib hesab edir.5

Şafii və Hənbəli fəqihlər də buna oxşar bir yanaşma ilə qurban ibadətinin qurban kəsən nöqteyi-nəzərindən eyni sünnə, nəfəqələrini təmin etməli olduğu ailə üzvləri baxımından kifai sünnə olması qənaətindədirlər. Bu fikrə əsasən necə ki, fərz (vacib) eyni və kifai olmaqla iki yerə ayrılır, sünnə də eyni və kifai olmaqla iki qismə bölünür. Qurban kəsmək də ailə üzvləri baxımından kifai sünnəyə misal təşkil edən bir ibadətdir. Bu məsələdəki eyni olma imkanı olan hər kəsin qurban kəsməyinin sünnə olduğunu, kifai olma isə ailə üzvlərinin (aralarından) birinin qurban kəsməsi ilə digər ailə üzvlərinin qurbandan necə deyərlər, “azad olduğunu” bildirir; bu, belə olan təqdirdə sünnənin yerinə yetirilmiş olması mənasını da verir. Qurban kimi kəsilən heyvanın davar cinsindən təkcə bir heyvan, dana/inək və ya dəvə olması arasında hər hansı bir fərq yoxdur. Qurbanlıq heyvanın qurbanlıq xüsusiyyətlərinə malik bir heyvan olması kifayət edir.6

Maddi cəhətdən imkanlı olan hər bir kəsin qurban kəsməsi peyğəmbərə (s. a. v.) tabe olmaq baxımından sünnə olsa da, qurban kəsməli olan bir şəxsin ailədə cəm olmuş insanların (ailə üzvləri) adından qurban kəsməyi bu öhdəliyi digər ailə üzvlərinin üzərindən götürür. Lakin qurban kəsən şəxs qurban ibadətinin savabından digər ailə üzvlərinin də pay alması məqsədilə onların da adından niyyət etməlidir.7

Qısacası, Hənəfi fəqihlər belə hesab edirlər ki, mükəlləflik şərtlərini daşıyan, yaxud da daha sadə bir dillə desək, gücü çatan hər bir kəs qurban kəsməlidir. Fəqihlərin əksəriyyətinin fikrincə isə büdcələri eyni olan və eyni yerdə yaşayan ailə üzvlərindən birinin qurban kəsməsi qurban kəsmək öhdəliyini digər ailə üzvlərinin üzərindən götürür.

Əksəriyyət təşkil edən İslam hüququ mütəxəssislərinin mənimsədikləri ikinci fikir həm peyğəmbərin (s. a. v.) şifahi şərhlərinə, həm də həyata keçirdiyi işləri əks etdirən bəzi hədislərə əsaslanır. “Ey insanlar, hər il hər ev əhlinə qurban kəsmək lazımdır”, – buyurmaqla qurbanın ailənin adından kəsilməsini bəyan edən peyğəmbər (s. a. v.) qurban bayramında bir qoç kəsmiş və “Bismillah! Allahım, (bu qurbanı) Muhəmməddən, onun ev əhlindən və Muhəmməd ümmətindən qəbul et”8 – deyə dua etmişdir. Eyni şəkildə mötəbər mənbələrdə bildirilir ki, peyğəmbər (s. a. v.) xalis ağ, kök və buynuzlu iki qoçu birini öz ümmətindən qurban kəsməyənlər, digərini də özü və ailə üzvləri adından qurban kəsmişdir.9

Bundan əlavə Hakimin (v. 405/1014) Əl-Müstədrək əsərində sənəd (istinad, isnad) baxımından səhih (mötəbər) olduğunu bildirdiyi “Rəsulullah (s. a. v.) bütün ailə üzvləri üçün təkcə bir qoç qurban edərdi”, formasında bir rəvayət də var.10 İbn Şihab Əz-Zuhridən (124/742) “Allahın elçisi (s. a. v.) özü və ailə üzvləri adından dəvə və ya inək/dana xaricində heyvan qurban etməyib”11 kimi bir rəvayət gəlsə də, səhihliyi baxımından hər hansı bir mübahisə olmayan bu rəvayətlər İbn Şihabın təsbitini təsdiq etmir.

Digər tərəfdən eyni məzmunlu olmaqla həzrəti peyğəmbərin (s. a. v.) dövründəki qurban kəsmək ibadəti barədə məlumat verən rəvayətlər də vardır. Məsələn, Abdulla ibn Hişam nəql edir: “Anam məni həzrəti peyğəmbərin (s. a. v.) yanına gətirdi (apardı). Allah rəsulu (s. a. v.) mənim başımı tumarladı, mənə dua etdi. Peyğəmbər (s. a. v.) bütün ailəsi adından bircə qoç qurban kəsirdi”.12

Müşahidə etmək olur ki, eyni məsələ ilə əlaqədar məlumat verən bəzi başqa əshabələr zaman keçdikcə meydana çıxan anlayış müxtəlifliyinə də işarə vururlar. Belə ki, əshabələr arasında özünəməxsus yeri olan Əbu Eyyub Əl-Ənsari nəql edir: “Biz (həzrəti peyğəmbər (s. a. v.) dövründə) bir qoyun ya da qoç qurban kəsirdik. Adam bu qurbanı özü və ailə üzvləri adından kəsirdi. O qurbanlıqdan yeyir və başqalarına yedirirdilər. Lakin sonralar insanlar (dindarlıq barədə) bir-birilə yarış və rəqabətə başladılar ki, bununla da qurban kəsmək qürur (məğrurluq) əlamətinə çevrildi”.13

Ailə üzvlərindən birinin qurban kəsməyinin kifayət etməsi məsələsi ətrafında zaman keçdikcə formalaşan müxtəlif qəbullardan şikayət edən digər bir əshabə də Huzeyfə ibn Əsiddir. “Əbu Bəkr və Ömərin sünnə kimi qəbul olunmaq qayğısı (belə olacağından ehtiyat etmək) ilə qurban kəsmədiklərini gördüm. Elə oldu ki, qurban məsələsinə dair sünnəni öyrəndikdən sonra ailəm məni çətinliyə (cəfa) saldı. (Elə ki), artıq hamı üçün ayrı bir qurban kəsirəm”.14

Eyni əsahəbədən nəql olunan başqa bir rəvayətdə belə bir məlumat var ki, Əbu Bəkr və Ömər camaatın da onlara tabe olacağından, yəni, onlar kimi edəcəyindən ehtiyatlanıb ailələrinin adından qurban kəsməyiblər. Halbuki, indi ailəsinin onun bu məsələdə çətinliyə saldığına dair məlumat var.15

Çox maraqlıdır ki, Huzeyfə ibn Əsid ailə üzvləri adından bircə qurbanın kifayət etməsi formasındakı peyğəmbər (s. a. v.) dövrü adətindən vaz keçilib hər bir kəs üçün ayrı-ayrı qurban kəsmək istiqamətində bir meyldən şikayət etdiyi halda, Əbu Sərihə heç qurban kəsməmək tərəfə göstərilən təmayüldən şikayət edir: “Ailəm həzrəti peyğəmbər (s. a. v.) dövründə qurban kəsmək ibadətinin necə yerinə yetirildiyini (sünnəni) öyrənib biləndən sonra bu mövzuda məni çətinliyə (cəfa) saldı. Peyğəmbərin (s. a. v.) dövründə bütün ailə üzvlərinin adından bir, uzağı iki qurban kəsilirdi. İndi isə qonşularımız: “O, qurban kəsməli deyil”, – deyib bizi xəsisləşdirdilər”.16

Lakin bu rəvayət və şikayətlərin oxşar cəhəti peyğəmbərin (s. a. v.) şəxsən özünün əməli və onun dövründəki adət ailə üzvləri adından bir qurban kəsmək olduğu halda, sonralar bu məsələdə müxtəlif tutumların meydana gəlməsi məsələsidir.

Bütün bunlar nəfəqə sahəsinə daxil olan və birlikdə yaşayan ailə üzvləri adından bir qurban kəsməyin kifayət edəcəyinə dair hər hansı bir tərəddüdə yer buraxmır. Bundan əlavə, bu mövzuyla əlaqədar rəvayətlər ümumilikdə götürüldükdə başa düşmək olur ki, əshabələr də peyğəmbərin (s. a. v.) dövründə qurban kəsmək ibadətini elə bu cür yerinə yetiriblər; peyğəmbər (s. a. v.) isə öz növbəsində bundan xəbərdar olub və xəbərdar olmasına baxmayaraq buna qarşı hər hansı mənfi bir reaksiya verməyib. Fəqih-alimlər arasında xırda buynuz bir heyvanın neçə nəfərin adından qurban kəsiləcəyinə dair bəzi fikir ayrılıqları olsa da,17 bu rəvayətlər xırda buynuz heyvanın bir ailədəki üzvlərin hamısı adından kifayət etdiyini açıq-aydın və qəti surətdə bildirir. Bu məsələdəki “nəfəqə sahəsinə daxil olan ailə üzvlərinin birinin hamısının adından qurban kəsməyi qurban öhdəliyinin digərlərindən götürülməsi mənasında deyil, qurbanın savabından onlara da bağışlamaq, yəni, savabda şəriklik etməkdir”, – kimi şərh və izahlar18 rəvayətlərin əslində bu cür şərhlərə imkan yaratmayacaq qədər açıq-aydın olması baxımından, nəsx və ya təxsis iddiası19 isə dəlildən məhrum olması baxımından mücərrəd bir iddiadan başqa bir şey deyil. Rəvayətlərdəki həmin açıq-aydınlığın qarşısında, başqa sözlə, hədy qurbanının bir nəfər üçün kəsilməsinin mümkünlüyünə əsaslanaraq udhiyyə qurbanı haqqında da qiyas (müqayisə) yolu ilə eyni hökmün qüvvədə olmasının lazımlığı iddiasına20 rəvayət baxımından səhih, hökmə dəlalət etməsi baxımından da açıq-aydın rəvayətlər qarşısında etibar edilmir (fasidul-etibar).21

Axırıncı bir məsələ kimi qeyd edilməlidir ki, qurban kəsmək ibadətinin səbəbi vaxtdır. Bu da öz növbəsində bayram günləridir (əyyamu-n-nəhr).22 Beləliklə, səbəb təkrar olunduqca qurban kəsməyin hökmü də təkrar olunur. Yəni, mükəlləflik şərtlərini özündə daşıyan, başqa sözlə, qurban kəsməli olan bir müsəlman özü və nəfəqə sahəsinə daxil olan ailə üzvləri adından ömür boyu qurban bayramını gördükcə qurban kəsir. Metodologiyada əmrin təkrara dəlalət etməsinə dair mübahisələr bir yana qalsın, “Ey insanlar, hər il ev əhlinə qurban kəsmək lazımdır”23 hədisi bu hökmün açıq-aşkar dəlilidir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müəllif: Halit Çalış (Türkiyə Respublikası, Selçuk Universiteti İlahiyyat fakültəsi). Bu yazı İslam Hukuku Araştırmaları Dergisi (jurnal), nömrə 3, İyun, 2004, səhifə 211-230-da nəşr edilmiş məqalədən götürülmüşdür. []
  2. Mərğinani, Əl-Hidayə, IV, 71; Qazızadə Şəmsəddin Əhməd, Nətaicul-əfkar, IX, 510-1. []
  3. Nəfəqə sözü yemək-içmək, dolanışıq və yaşamaq üçün yer kimi zəruri ehtiyacları ödəməyə çatacaq   miqdarda pul və ya əşyaları ifadə edir. []
  4. İbn Rüşd, Bidayətul-müctehid, I, 351-352. []
  5. İmam Malik, Əl-Müdəvvənə, I, 547; Baci, Əl-Murtəqa, Beyrut, 1403/1983, III, 97. []
  6. Nəvəvi, Ravdatu-t-talibin, II, 466-467; Şirbini, Muğnil-möhtac, Qahirə, 1377/1958, IV, 283; Şövkani, Əs-Seylul-Cərrar, IV, 77-78; Bardakoğlu, “Kurban”, Türkiyə Diyanet Vakfı İslam Ansiklopedisi (İslam Ensiklopediyası, Türk dilində), İstanbul, 2002, XXVI, 438. []
  7. Nəvəvi, Əl-Məcmu, VIII, 383-386. []
  8. Müslim, Ədahi (Qurbanlar), 19. []
  9. Buxari, Ədahi, 7; Müslim, Ədahi, 18; Əbu Davud, Ədahi, 3, 4; Tirmizi, Ədahi, 2; Nəsai, Dəhaya (Qurbanlar), 14, 28-31; İbn Macə, Ədahi, 1; Darimi, Ədahi, 1. Bu məsələyə dair rəvayətlərin hamısına nəzər yetirmək üçün baxın: Tahavi, Şərhu məanil-aasar, III, 475-7. []
  10. Zeylai, Nəsbu-r-rayə, IV, 210. []
  11. Muvatta, Dəhaya, 5. []
  12. Beyhəqi, Əs-Sünənul-kübra, IX, 450. Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 21. []
  13. Muvatta, Dəhaya, 4, 5; Tirmizi, Ədahi, 10; İbn Macə, Ədahi, 10. Həsən-səhih bir hədisdir. Əhməd və İshaq bu fikirdədirlər. Bəzilərin fikrincə isə xırda buynuz (kiçik baş) heyvan ancaq bir nəfərin adından qurban kəsilə bilər; ki, Abdullah ibn Əl-Mübarək bu qənaətdə olanlardan biridir. Tirmizi, Ədahi, 10. Nəvəvinin qiymətləndirməsinə əsasən bu hədis səhihdir. Əl-Məcmu, VIII, 384. []
  14. Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 18. []
  15. Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 18. []
  16. İbn Macə, Ədahi, 10; Beyhəqi, Əs-Sünənul-kübra, IX, 450; Şövkani, Neylul-əvtar, V, 157; Busiri Əz-Zəvaiddə deyir ki, sənəd baxımından səhih hədisdir. Raviləri də etibarlıdırlar. []
  17. Tahavi, Şərhu-məanil-aasar, III, 477; Şövkani, Neylul-əvtar, V, 157. []
  18. Kasani, Əl-Bədai, V, 70. []
  19. Tahavi, yenə orada. []
  20. İbn Rüşd qurbanın ayrı-ayrı fərdlər, yaxud da ailənin adından kəsilməsi məsələsində mövcud olan fikir ayrılıqlarının səbəbini belə izah edir. Bidayətul-müctehid, I, 352. Əlavə olaraq baxın: Azimabadi, Əvnul-məbud, təhqiq edən Abdurrahman Muhəmməd Osman, Beyrut, 1979, VIII, 6; Şövkani, Neylul-əvtar, V, 157. []
  21. Azimabadi, Əvnul-məbud, VIII, 6; Şövkani, yenə orada. []
  22. Qazızadə Şəmsəddin Əhməd, Nətaicul-əfkar, IX, 506. []
  23. Əbu Davud, Ədahi, 1; Tirmizi, Ədahi, 18; İbn Macə, Ədahi, 2. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.049 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.633 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.203 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.093 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.583 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 912 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 689 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 701 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 739 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 801 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.838 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.450 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 730 dəfə oxundu
20 Təsbeh 06.07.09 878 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 343 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 662 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.730 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.871 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 772 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 593 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
32 Faiz 29.03.10 706 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.163 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 509 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 664 dəfə oxundu
37 Qəndil 30.06.09 2.071 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 762 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 717 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.031 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.141 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 895 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 446 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 780 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 580 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 374 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 184 dəfə oxundu