Müsəlmanlar

Dəstəmaz alanda diş protezini çıxarmaq şərtdirmi?

Cavab: Dəstəmaz alanda üzü yumaq şərti vardır. Ağız yumaq şərti yoxdur. Bu səbəblə protezi çıxarmaq şərti də yoxdur. Protez ağızda olduğu halda ağzı yuya bilərsiz. Hətta su az olarsa və ya ağzınız təmiz isə ağız və buruna su almadan da birbaşa üzü yuyaraq dəstəmaza başlaya bilərsiz. Çünki, ağız və burunu yumaq dəstəmazın fərzi yox, sünnətidir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Dəstəmazın şərtləri haqqında ətraflı məlumatı aşağı linkdən ala bilərsiz:

Dəstəmaz almağın qaydası necədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.