Müsəlmanlar

İslamda cadunun/sehrin bir həqiqəti varmı?

Cavab: Qurani Kərim, cadunun/sehrin hər hansı bir həqiqətinin olmadığını Musa əleyhissəlamla sehrbazlar arasında yaşanan hadisəni bizə nümunə göstərməklə bildirir. Bu hadisədə bir Nəbiyə verilən möcüzəylə, insanları aldadan cadu/sehr arasındaki fərq də göstərilir. Möcüzə, Allahdan gələn bir həqiqət; Cadu/sehr isə bir şeyi həqiqi mahiyyətindən uzaqlaşdırıb, fərqli formada göstərməkdir. Yəni, bizə cadu/sehr deyə göstərilən şeyin bir həqiqəti yoxdur və bu işlə məşğul olan cadugərlər, sehrbazlar da yaxşı bilirlər ki, yazdıqları və etdikləri insanların sadəcə gözlərini boyamaqdan və onları aldatmaqdan ibarətdir. Məhz bunu digər insanlardan çox yaxşı bildikləri üçün Fironun cadugərləri/sehrbazları Musa əleyhissəlamın göstərdiyi möcüzənin Allahdan gələn bir həqiqət olduğunu başa düşür və belə bir şeyin ancaq Allahın qüdrətilə olacağını idrak edərək, iman gətirir və Allaha könüldən bağlanırlar.

Təəssüf ki, ənənə dini mənsubları Muhəmməd əleyhissəlama cadu edildiyini və ovsunlanaraq nə dediyini bilməyəcək hala gəldiyini deyərlər. Bir anlamda müşriklərin peyğəmbərimiz haqqında dedikləri bu sözü təsdiqləmiş olurlar:

Deyirlər: “Məgər biz cinlənmiş bir şairə görə ilahlarımızı tərk edəcəyik?” (Saffat 37/36)

Bir də bu məzhəb din xadimlərinin əksəriyyəti, öz batil fikirlərinə əsas gətirmək üçün Qurandakı Fələq surəsinin mənasını da təhrif etmişlər. Bu surədə sanki, peyğəmbərimizin sehrləndiyi və bizim də sehrbazların şərrindən qorunmağımız istənildiyi bildirilməkdədir.

Fələq surəsinin doğru tərcüməsini linki tuşlayaraq oxuya bilərsiz:

Fələq surəsi

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

Peyğəmbərimizin ovsunlandığı doğrumu?

http://www.muselmanlar.com/fitvalar/662.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.