Müsəlmanlar
Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər

Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər

Sual: Allahın bizdən tələb etdiyi və sevdiyi işləri görmək və istəmədiyi və sevmədiyi işləri görməmək İslam hüququ terminologiyasında necə adlanır?

Cavab: Allahın bizdən etməyimizi istədiyi hərəkət və davranışlar iki yerə bölünür:

1) Əgər Allah qəti bir üslubla bizdən bir şey istəyibsə, buna VACİB deyilir. Dini ədəbiyyatda vacib Hənəfilərdən başqa fəqihlərin (İslam hüququ mütəxəssisləri) əksəriyyətinin fikrincə qəti bir dəlillə və qətiyyətlə görülməsi tələb olunan dini öhdəliyi ifadə edir. Hənəfilər isə bunu FƏRZ VACİB formasında iki mərhələdə təhlil edirlər.

2) MƏNDUBLAR: Təşviq olunan, yerinə yetirilməsi qəti olmayan bir formada istənən, başqa sözlə, fərz və yaxud vacib olmayan hərəkət və davranışlardır. Bunlar da öz növbəsində sünnə və müstəhəb əməllərdir.

Allahın bizdən etməməli olduğumuzu tələb etdiyi hərəkətlər də əsas iki qismə bölünür:

a) HARAMLAR: Allahın qəti və etibarlı bir dillə görməməyimizi əmr etdiyi iş və davranışlardır.

b) MƏKRUHLAR: Allahın qəti olmayan bir dillə etməməyimizi əmr etdiyi davranışlardır.