Müsəlmanlar

Axirətdə heyvanlar da insanlar kimi diriləcəklərmi?

Sual: Ənam surəsi 38-ci ayədə heyvanların da diriləcəyi xəbər verilir. Bunun səbəbi nədir? Heyvanlar nə üçün diriləcək?

Cavab: Allah, hər bir şeyin haqqını vermiş və hər bir şeyin haqqını da axirətdə alacaqdır. İnsanların təkcə öz cinslərinə deyil, başqa canlılara da zülm etdiği bir həqiqətdir. Yenidən diriliş zamanı hər insana elədiyi göstəriləcəyi üçün, yaratdığı hər bir şeyin də yenidən dirildilməsi lazımdır.

Lakin, heyvanlar bizim kimi ruha sahib olmadıqları üçün dünyada imtahan edilməzlər və axirətdə də bizim kimi hesaba çəkilməzlər. Nəticədə, yer üzündə bizim xidmətimizə verilən canlıların axirətdə də bizim üçün dirildiləcəyi və hesab bitdikdən sonra onların yenidən torpaq olacağı, kafirlərin isə bunu gördüyü zaman ayədə ifadə edildiyi kimi: “Kaş mən torpaq olaydım!” deyə, öz peşmanlığını dilə gətirəcəyi xəbər verilir.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7482.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.