Müsəlmanlar

Dəlilər və psixoloji xəstələr axirətdə diriləcəklərmi?

Sual: Dəlilər və psixoloji xəstələr axirətdə diriləcəklərmi? Əgər diriləcəklərsə, vəziyyətləri necə olacaq?

Cavab: Dəlilər və psixoloji xəstələrin halları uşaqların halları kimidir və axirətdə də bu cür qarşılıq görəcəkləri ehtimal olunur. Məsələn, Tur surəsinin 21-ci ayəsində belə buyrulmaqdadır:

“Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi öz uşaqları dolanacaqlar.”

Bu uşaqlar istər ağlı başında olub, uşaqlıq dövründə ölmüş olsun, istərsə ağlı başında olmayıb yetkinlik yaşında ölmüş olsun, fərqi yoxdur; Allahın mərhəmətiylə cənnətdəkilərin yanına yerləşdiriləcəyinə qənaət gətiririk.

Əgər bir insan, yetkinlik dövründə ağlı başında olub, sonradan dəli olar ya da psixoloji xəstəliyə məruz qalarsa, o zaman, yetkinlik dövründə işlədiklərinin qarşılığını görəcəkdir.

Bənzər sual-cavab üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5704.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.