Müsəlmanlar

Həccdə şeytan daşlamaq totemlik deyilmi?

Sual: Bəzi din xadimləri Həccdə şeytan daşlamağın olmadığını və bunun totemizmə bənzədiyini deyirlər. Bu məsələyə siz necə baxırsız?

Cavab: Bir şeyin dində var olub olmaması, onun mütləq Quranda keçib keçməməsiylə dəyərləndirilməz. Quranda Arafat, Mina və Müzdəlifə kəliməsi də yoxdur. Amma Həccə gedən birinin Arafatda vəqfə, yəni orda durması şərtdir. Ondan sonra Müzdəlifə və Minaya gedilir və orda da dayanıb ibadət etdikdən sonra şeytan daşlama səmtinə gedilir.

Həcc ibadəti Adəmdən bu yana mövcud olan bir ibadətdir. Bunun qaydalarını Allah müəyyən etmiş və sonrakı nəsillərdən də necə görmüşlərsə, o qaydada rəayət edilməsini istəmişdir. Bu barədə Quranda belə buyrulur:

“Həcc ibadətində ata-babalarınızdan gördüyünüz kimi, hətta daha da artıq şəkildə Allahı ucaldın! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

“Sayı məlum/müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu,  Allahdan çəkinənlərə aiddir. Allahdan çəkinin və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.” (Bəqərə, 2/203)

Burada adları zikr edilmədən “sayı məlum” günlərdən bəhs etməkdə və bu günlərin Qurban bayramı günləri olduğu və cəm olaraq ifadə edildiyi üçün ən az 3 gün olduğu o dövrdə Ərəbistanda yaşayanların hamısı bilirdi. Bilavasitə Həccdə yerinə yetirilən ibadətlərin Totemizmə hətta, Kəbənin ətrafında dönməyin də bütpərəstliyə bənzədiyini dilə gətirənlər vardır. Bu bənzərlikdən yola çıxaraq, səcdənin də əslində bütpərəstlərdə var olduğunu və bu məntiqlə Allaha səcdə etməyin doğru olmadığını iddia edənlər olmuşdur.

Həcclə əlaqədar bir başqa sual-cavabı aşağıdaki linkdə görə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/7551.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.