Müsəlmanlar

Yağışın nə vaxt yağacağını Allahdan başqası bilməzmi?

Sual: Loğman surəsinin 34-cü ayəsində; Qiyamətin nə vaxt qopacağını, yağışı, rəhmlərdə olanı, sabah nə olacağını və kimin harda öləcəyini Uca Allahın bildiyini deyir. Lakin, texnolojiyanın inkişafıyla son əsrdə ana qarnındakı dölün/rüşeymin cinsiyyəti ya da yağışa dair bəzi təxminlərin bilindiyini görürük. O zaman bu ayəni necə başa düşməliyik?

Cavab: Allah, Quranda hər kəliməni, hər sözü yerli-yerində işlədir.  Əlbəttə qiyamətin nə vaxt qopacağını, sabah nə olacağını və bir insanın harda öləcəyini təkcə Allah bilir. Çünki, bu üç məsələ haqqında Allahın xüsusi qeydi var, təkcə Mən bilirəm və Məndən başqası bilməz deyir.

Lakin texnologiya sayəsində bilindiyini qeyd etdiyiniz, “rəhmlərdə olanı və yağışın nə vaxt yağacağı” barədə verilən məlumatda hər hansı xüsusi bir qeyd yoxdur.  Yəni, ayələri diqqətlə oxuyanda görürük ki; Allah yağışın nə vaxt yağacağını təkcə Mən bilirəm demir. Bətnlərdəkini də o cümlədən, təkcə Mən bilirəm, başqası bilməz demir. Təbiətdə və ana qarnında olan şeyləri insanlar da öyrəndikləri təqdirdə bilərlər. Lakin, bunu yaxşı bilməliyik ki, Hər şeyi ən mükəmməl və doğru şəkildə bilən təkcə Allahdır.

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/muxtelif-meseleler/6865.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.