Müsəlmanlar

Peyğəmbərimizin ayı ikiyə böldüyü doğrudurmu?

Sual: Qəmər surəsinin ilk ayələrinə, “Muhəmməd əleyhissəlam, ayı iki yerə böldü” deyə, yorum gətirirlər. Bu doğrudurmu? Siz bu barədə nə deyirsiz?

Cavab: Qəmər surəsinin ilk ayəsi: “Qiyamət saatı yaxlaşdı və ay yarıldı.” deyə başlayır. Xatırladaq ki, Ərəbcə mütləq olacaq hadisələr keçmiş zaman feili ilə ifadə edilir. Bu ayə, peyğəmbər dövründən deyil, qiyamətdən bəhs edir. Sonra Məkkə müşriklərinə xitab edilərək: “Nə vaxt bir ayə göstərilsə, üz çevirir və davamlı rastladığımız sehrdir, deyərlər” (Qəmər 1-2)

Burada isə feillər indiki və gələcək zamanda verilir, yəni göstərildi deyil, “göstərilsə” və dedilər deyil, “deyərlər” olaraq, ifadə edilməkdədir. Yəni, cümlə davamlılıq ifadə edən şərt cümləsidir.

Ərəblərdə “şəqqul qəmər” deyə bilinən və bu barədə rəvayət edilən hədislərin əsli əsası yoxdur. O cümlədən əgər belə bir hadisə olsaydı həm digər xalqlar həm səhabədən çoxu bunu xatırladır və Quranda bu möcüzə ən az 5-10 yerdə keçərdi. Çünki Musa əleyhissəlama və digərlərinə verilən möcüzələr Quranın çox yerində xatırlatılmaqdadır.

Ümumiyyətlə, Allah Quranda peyğəmbərimizə Qurandan başqa möcüzə vermədiyini bildirən ayələrin bir neçəsi belədir: “Bizim möcüzələr göndər­­məkdən daşınmağımıza səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi…” (İsra 59)

Bir başqa ayədə: Dedilər ki: “Ona Rəbbinden möcizələr niyə nazil olmur!” De ki: “Möcizələr Allah qatındadır. Mənə gəlincə, mən ancaq açıq-aşkar bir xəbərçiyəm! ” (Ənkəbut, 29/50)

Səhih və Qurana tərs düşməyən hədislərdə də peyğəmbərimizə Qurandan başqa möcüzə verilmədiyi rəvayət edilir. Məsələn:

“Peyğəmbərlərdən heç bir peyğəmbər yoxdur ki, ona insanların iman etmək məcburiyyətində/qarşısında aciz qaldığı möcüzələrin bir bənzəri verilməmiş olsun. Mənə verilən mucizə isə Allahın mənə vəhy etdiyi Qurandır. Bunun üçün, qiyamət günü peyğəmbərlərin ən çox ümmətlisi mən olacağımı ümid edirəm!” (Buxari, Səhih, c. 6, s. 97, Müslüm, c. 1,s.134.)

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.