Müsəlmanlar

Saytınızdakı yazılar hansı məzhəbin fikirlərinə əsasən yazılır?

Sual: Mən həmişə sizin vebsaytınızdakı materiallarla tanış olmağa çalışıram. Bir məsələ barədə sualım var: Saytınızdakı yazılar hansı məzhəbin fikirlərinə əsasən yazılır? Yoxsa siz məzhəblərin fikrini nəzərə almadan ancaq öz fikirlərinizi yazırsınız?

Cavab: Biz saytımıza daxil olan suallara cavab verdiyimiz vaxt bir məzhəbi əsas götürmürük; dinin qaynağı olan Quran və onun həyata keçirilməsindən ibarət olan Sünnəni əsas tuturuq. Cavablar bu ölçülərə əsasən hazırlanır və sonra bütün məzhəblərin fikirlərinə nəzər yetirilir. Son cavab da bu yolla verilir. Əgər saytımızdakı cavabları və tədqiqatlarımızı nəzərdən keçirsəniz, bunu siz özünüz də müşahidə edə bilərsiniz.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Hansı məzhəbə tabe olmaq lazımdır?